Xalq artisti Aygün Kazımova yanvar ayının 26-da ömrünün daha bir baharına qədəm basacaq. 1971-ci ildə anadan olan müğənni illərini geridə buraxsa da, hər gün gözəlləşməkdədir.
Bu il də xalq artisti doğum gününü təmtəraqla qeyd etməyi planlaşdırıb. Yenə də yaxınlarını, doğmalarını, əziz dostlarını, həmkarlarını ətrafına toplayıb, xoş anlarını onlarla paylaşacaq. Artıq ad günü partisinə hazırlıqlara start verilib. Əlavə edək ki, bu ilki təşkilatı işlər Mr. Tolikə həvalə edilib.
"Biz bir olanda çox güclü oluruq, çünki ikimizin də dili də var, hər kəsə deyiləcək sözü də", - deyən tanınmış prodüsser sosial şəbəkələr vasitəsilə ad gününə dəvət olunacaq qonaqlara ismarıc yollayıb:
"Divanın ad gününə az qaldı. İndidən şou-biznes nümayəndələrinə (dəvət olunanlara) aiddir. Hazırlıqlar görülsün! Kim geyimə uyğun gəlməsə, içəri buraxılmayacq! Divanın ad günündə kim hansı obrazda, geyimdə gələcək? Ad gününün təşkilatı özümə aiddir".
T.Əliyev çox güman ki, partini karnaval üslubunda hazırlamağı düşünüb. Qonaqların hər birini bir obrazda gərmək istəyir.
Bundan başqa, Tarix Əliyev onun bostanını daşlayanları da cavabsız qoymayıb. Düşmənlərini qurbağaya bənzədən prodüsser sosial şəbəkələrdə "ürək sözlərini" belə dilə gətirib:
"Allahım, sənə qurban olum, məni bu qurbağaların ağzından qurtar. Mən başımı aşağı salıb, öz həyatımı yaşayıram. Amma bunlar bütün günü guruldayırlar. Mən neyləyim ki, şükürlüyəm? Və sən mənə hər zaman yol açırsan. Bunların da başını nə iləsə qat, mən yadlarından çıxım. Axı onlar çoxdur, mən isə tək. İnsan həyatda nəyəsə nail olmayanda, kimdəsə qüsur axtarır".
Mediainfo.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb


















































