Meyxanaçı Namiq Qaraçuxurlu küsülü olduğu xalq artisti Nisə Qasımova ilə barışıb.
Axşam.az xəbər verir ki, sənətçi "Pərdə" verilişinə açıqlamasında barışıq üçün ilk addımı özünün atdığını bildirib:
"Həmişə barışıq tərəfdarı olmuşam. Günahkaramsa, zəng vurub aydınlıq gətirmişəm. Nisə xanım sənətkardır. Bir dəfə maqazin verilişlərinin birində anlaşılmazlıq baş verdi. Ondan sonra məndən incidi. Mən də zəng vurub danışdım, məsələyə aydınlıq gətirdim. Amma həmin hadisədən bəri üz-üzə gəlməmişik. Əminəm ki, aramızda küsülülük qalmayıb. Nisə xanım konsert verəcək, mütləq onu dinləməyə gedəcəyəm. Bilirəm ki, orada sənət göstərəcək. Belə konsert izləmək üçün burnumun ucu göynəyir".
Məsələ ilə bağlı fikirlərini bölüşən Nisə Qasımova Namiqə qarşı kin saxlamır:
"Aramızdakı yaş fərqini nəzərə alıb özü mənə zəng vurdu. Ona dedim ki, Namiq, sənin kimi gözəl tərbiyəyə sahib olan birindən bunu gözləməzdim. Məsələyə aydınlıq gətirdik, indi inciklik qalmayıb. Həmişə deyirəm, o, sənəti olan biridir".
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır

















.jpg)

.jpg)



































