Qruplar arasında özlərinə rəqib bilməyən daha bir qrup şou-biznes meydanına atıldı, özü də çox iddialı...
"X-Trio" adlı qrupun - Vüsal, Rəşad, İlkin "Gözlər" adlı kliplərini onları sevənlərə təqdim etdilər."X Trio" qrupu şou-biznesdə yeni deyillər, onlar əvvəllər solo fəaliyyətlə məşğul olublar və bir çox yenı mahnıları ilə gündəmə gəliblər. "Gözlər" mahnısının təqdimat mərasimində bir çox sənət nümayəndələri iştirak edirdilər: Müğənni Elxan Şirinov, Rüstəm Zeynallı və "Şeron" qrupu, İntizar, Nurlan Əzizbəyli, Ayaz Qasımov, prodüser Sayqa, Ataş, Sultan və digərləri.
Xatırladaq ki, ərsəyə gələn klipin rejissoru İlham Qasımdır. Qrupun fikrincə, şou-biznesdə bir çox gənc qruplar var, amma biz də özümüzə heç kimi rəqib görmürük: "Hər kəsin öz yolu var. "Gözlər" mahnısının klipi qrup üzvlərinə rejissor tərəfindən hədiyyədir".
Təqdimatda qrup üzvləri gələcək planlarından da danışdılar. Qeyd etdilər ki, qarşıda bir neçə klip çəkdirməyi planlaşdırıblar. Bu kliplərdən biri Türkiyədə çəkiləcək.
Mediainfo.az sayıtı olaraq biz də onlara uğurlar arzu edirik, yolları açıq olsun...
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır

















.jpg)

.jpg)



































