Mətanət Əsədova: "Nadiri öpmüşəm, əcəb eləmişəm!"

Mətanət Əsədova: "Nadiri öpmüşəm, əcəb eləmişəm!"
Müğənninin video-görüntülərə olan münasibəti yalnız və yalnız bizdə!

Bu gün sosial şəbəkələrdə saytların təbirincə deəsk, "biabırçı" gündə video-görüntüləri yayılan, oxucuların tənqidinə tuş gələn Mətanət Əsədova ilə əlaqə saxladıq. Bir jurnalist kimi onun bu olaya münasibətini öyrənməyi özümüzə borc bildik. İlk əvvəl telefon zəngimizə olduqca acıqlı cavab verən müğənni xanım sonradan yumşaldı. Və video-görüntülərə olan münasibətini eksklüziv olaraq Mediainfo.az-la bölüşdü:

- Burda heç nə yoxdur! Adi bakal idi əlimdə, içində də sok. Qoy it kimi hürsünlər. Mən azad insanam, nə istəyirəmsə, onu da edirəm. Qaldı ki, bacıma, onun 40 mərasimi artıq iki aydır ki, çıxıb. Mən ömür boyu onun üçün yas tutacam. Qoy onların başına gəlsin, ömür boyu yas tutsunlar. İlk açıqlamamı da sizə verirəm! Başqa da heç kimə!

- Nadiri öpmüşəm, yaxşı eləmişəm, qardaşımdır. O da səhərdən üzülüb bu hadisəyə görə. Mən bilirəm onu kim edib, qoy elə yansın, mən cavab verməyəcəm. Mənim də ad günümdə, yığıncağımda hamı yığılır, indi mən də götürüm verim olanları? Sadəcə hind mahnısı ifa olunanda mən dedim ki, gülmək üçün edəcəm. Mən nə çəkirəm, nə də içirəm. Bu hadisə Elçinin ad günündə olub. Q...-lik (P.S. söyüş) etməmişəm, kişi ilə tutmayıblar məni! Niyə narahat olmalıyam ki? Əcəb eləmişəm, əlimin içindən gəlib!

Mən bu meydanda təkəm, heç kimdən də qorxmuram. Allah arxamda durub, mənə dəxli yoxdur kimin arxasında kim durub. Kimin sponsoru var – hamısının qarşısına tək çıxacam. Allah mənə o gücü verib. Mən ev yıxmamışam başqaları kimi, ürəyim istəyib belə geyinim – belə də geyinmişəm. Səhər sizin də ad gününüz olsa, düşüb elə oynayacam. Çünki mənim ürəyimdən gəlir.

"Ans"də mən kimisə döyəcəkdim, evə gəldim, üç dəfə təcili tibbi yardım gəldi üstümə. Mənə o verilişdə bir şey olsaydı, kim cavab verəcəkdi? Əsəbiləşdim, çıxdım verilişdən. Çox əsəbiləşmişdim, çox...

Qaldı məclisə, mən orda heç kimdən pul götürməmişəm. Orda Elçini çox istədiyimdən zarafat etmişəm. Kül başlarına, o videonu yayan görəsən, nə əldə edəcək? Kim nə istəyir, bundan sonra yazsın! Bundan sonra mənə qurban olarlar, əgər mən onların məclisinə getsəm! Allah nəhlət eləsin onlara! Nadir mənim dostumdur. Hamı başımın üstündə idi, necə oxudumsa Nadir qucaqladı məni, öpdü. O məclisdə Günay İbrahimli ilə yanaşı bir çoxları da olub. Onları niyə verməyiblər? Bu mənə qarşı bir təxribatdır, həyatım boyu ağlıma gəlməzdi ki, belə edərlər. Oynadığım insan Milli Qəhrəmanımız Azərdir, soku ona tərəf uzatdım mən. Bu dəqiqə Elçinlə danışdım, o da əsəbiləşdi, heç nədən xəbəri olmadığını dedi. Mənim dünya boyda səsim var, heç nə edə bilmədim, durub ad günü ilə özümü reklam edəcəm? Vallah, nə sevdiyim var, nə də mənə heç bir kişi maraqlı deyil. Həyatım boşdur! Videonu da mənim pisliyimə yayan zəif məxluqlardır. Əcəb eləmişəm oynamışam. Bundan sonra kefim nə istəsə, onu da edəcəm!

Qoy hamı bilsin ki, sizdən başqa heç kimə müsahibə verməyəcəm!

Hazırladı: Şəlalə Nəriman

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az