Əslən lənkəranlı olan gənc müğənni Heydərov İdrak 28 yaşında dünyasını dəyişdi. Mediainfo.az xəbər verir ki, o, ayın 16-sı kirayə yaşadığı Xırdalan qəsəbəsindəki evində çimərkən dəm qazından boğulub. Huşunu itirən İdrak yerə yıxılıb və başı divara dəyib. Onun həyatla vidalaşmasına səbəb də məhz bu olub. Hadisə ilə bağlı İdrakın qardaşı ilə əlaqə saxladıq və böyük qardaşı bildirdi ki: "Hələ də şokdayıq. Necə oldu bu hadisə? İdrakı Lənkəranda dəfn etdik, atasının yanında.Bir il bundan qabaq atamızı da maşın vurdu, bu nə bəladır? İnanın, çox çətindir. Bu hadisəni Bakıda yaşayan qardaşlarım ilk olaraq rayona - bizə xəbər verdi. İdrak Xırdalanda kirayədə qalırdı, çox sevirdi sənətini.Bütün günü mahnılar yazırdı. Allahın qismətidir, arzusu ürəyində qaldı. Bu gün isə üç mərasimi idi. Sevdiyi qız var idi, 28 yaşında subay olaraq dünyasını dəyişdi. Allah rəhmət eləsin".
Xatırladaq ki, İdrak vaxtı ilə "Toy olsun"un iştirakçısı olub.
Allah rəhmət eləsin!
Mediainfo.az - Şəlalə Nəriman
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır

















.jpg)

.jpg)



































