Kim Kardaşyan Bakıya gələ bilər
7 Sentyabr 11:52
Kanadalı müğənni Castin Biber radio proqramların birində musiqidən uzaqlaşacağını açıqladı. O, Los-Ancelesdə yayımlanan "Pover 106"nın qonağı oldu. 19 yaşlı star musiqi dünyasına bomba kimi düşən xəbərləri də məhz bu verilişdə verdi.
Biber gələn həftə işıq üzü görəcək olan "Journals" adlı albomundan sonra musiqidən gedəcəyini bildirdi. Hər kəsi şok edən bu sözlərdən sonra aparıcı Kurt Aleksandr da təəccübünü gizlədə bilmədi, dərin bir ah çəkdi. Ulduz, "Bir sənətçi kimi inkişaf etmək istəyirəm. Musiqimin yetkinləşməsinin arzusundayam. Bu səbəbdən də bazarı tərk edirəm..." - deyə səbəblərini sadaladı.
Bəzilərinin fikrincə, qəhrəmanımız sadəcə zarafat edib. Ancaq heyranların gözü və qulağı önümüzdəki günlərdədir.
Günel Həbib