Kim Kardaşyan Bakıya gələ bilər
7 Sentyabr 11:52
Xalq artisti Aygün Kazımova Türkiyənin iki məşhur müğənnisinin bəstəsini səsləndirəcək.
Müğənni bu haqda ATV telekanalında yayımlanan "Onlar" verilişində deyib. O, sənətçi Sərdar Ortaçın onun üçün iki bəstə göndərdiyini bildirib:"Sərdar Ortaç iki mahnı göndərib, onlardan birini seçəcəyəm. Digər bəstəni isə Yıldız Tilbe mənim üçün yazıb. O da gözəl mahnıdır".
Hazırda İstanbulda olan xalq artisti əməliyyatdan sonra hələ də özünə gəlmədiyini etiraf edib: "Keçirtdiyim son əməliyyat ağır idi. İndi də həkimə gedir, müayinə olunuram. Heç bilməzdim ki belə ağır olacaq. Hələ də özümə gəlməmişəm".