Dekabrın 31-də türkiyəli müğənni Pətək Dinçöz "Qafqaz Sport Hotel"də bayram əhval-ruhiyyəli proqramla çıxış edəcək. Gecədə onunla birlikdə səhnəni Gokhan Erolun paylaşacağı gözlənilsə də, kişi müğənnini yerli sənətçilərimizdən biri əvəz edib. Həmin gün Pətək Dinçözdən öncə səhnəyə Sima Qasımova çıxacaq. Sima iki saata yaxın zaman ərzində öz ansamblı ilə maraqlı çıxış nümayiş etdirəcək. Nahid Emiloğlunun təşkilatçılığı ilə baş tutacaq gecədə azərbaycanlı və türkiyəli sənətçinin birgə dueti də nəzərdə tutulub. Səhnəyə çıxmadan öncə isə hər iki ifaçı görüşüb, bir-birini yaxından tanıyacaqlar.
Sima Qasımova gecəyə özəl geyimlərlə qatılacağını açıqlayıb. O, bildirib ki, geyimləri ilə Pətək xanımdan seçilməməyə çalışacaq: "Çalışacam Pətək Dinçöz qədər gözəl görünüm".
Repertuarına həm Azərbaycan, həm də türk mahnıları daxil edən Sima Qasımova adının sonradan proqrama daxil edilməsindən danışdı:
"Afişalarda Gökhan Erolun adı əlavə olunmuşdu. Lakin sonradan onun konsertdə çıxış etməyəcəyi bəlli olub".
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır

















.jpg)

.jpg)



































