Kim Kardaşyan Bakıya gələ bilər
7 Sentyabr 11:52
Yasamal Rayon Məhkəməsində müğənni Təranə Qumralın keçmiş həyat yoldaşı Musa Musayevin qardaşları və 3 informasiya agentliyi barəsində verdiyi şikayətə baxılıb. Məlumata görə, İbrahimova Təranə Xeyrulla qızının Musayev Cabbar İnqilab oğlu, Musayev Əli İnqilab oğlu, olaylar.az, publika.az, lent.az agentliklərinin məsul olan şəxslərinin cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılması tələbi məhkəmə icraatına qəbul edilmədən rədd edilib.
Xatırladaq ki, T.Qumral məhkəmə qərarından 20 gün ərzində apelyasiya şikayəti verə bilər.