Aygün Bəylər erməni məclisində...

Aygün Bəylər erməni məclisində...

Rostovdan etibarlı mənbədən əldə etdiyimiz məlumata görə əməkdar artist Aygün Bəylər dekabr ayının 17-də Qriqori adlı erməninin məclisində iştirak edəcək. Aygün dekabrın 18-də isə "Qoluboe ozero" restoranında səhnəyə çıxacaq. Onunla sözügedən tədbirlərdə xalq artisti tarzan Firuz Əliyev də iştirak edəcək.

Məsələni dəqiqləşdirmək üçün əməkdar artistlə əlaqə saxladıq. Aygün sualımızı eşidincə dəstəyi asaraq telefonunu söndürdü. İfaçıya dəfələrlə zəng etdikdən "Bəsdirin, cavab vermək istəmirəm"-deyərək telefonu yenidən söndürdü.

Sözügedən məsələdə adı hallanan tar ifaçısı Firuz müəllimə də müraciət etdik. Firuz Əliyev bunları dedi: "Bu haqda məlumatım yoxdur. Sadəcə deyiblər ki, konsert olacaq. Mənə bilet alaraq aldadıb erməni məclisinə aparırlar. Xəbərdar etdiyinizə görə təşəkkür edirəm. Bu məclisdə iştirak etməyəcəm".

Qeyd edək ki, əməkdar artist Aygün Bəylərin Qriqori adlı erməninin tədbirində oxumasına Rostovda yaşayan azərbaycanlılar etiraz edir.

***

Aygün Bəylər barəsində xəbərə belə münasibət bildirib:

"Sözügedən konsertin erməni məclisinin olduğunu bilmirdim. Sadəcə olaraq mənə söylədilər ki, çıxış etməliyəm. Geniş araşdırmamdan sonra bəlli oldu ki, imkanlı erməni evində tədbir təşkil edib. Məni həmin məclisə dəvət edən təşkilatçıyla əlaqə saxlayaraq bildirdim ki, əgər o tədbirdə erməni varsa, mən gəlməyəcəm".

/sia.az/

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az