Faiq Ağayev: "Son zamanlar bəzi mətbu orqanlarında barəmdə ardıcıl olaraq çirkin məlumatlar yer alırdı. Məsələnin şəxsi olmasını və dəyərli mətbuat nümayəndələrinin israrlı istəklərini nəzərə alaraq, mövzuya münasibət bildirmək məcburiyyətindəyəm. Təqribən yarım il ərzində prodüser Tolik, tam səbəbsiz və əsassız olaraq, ünvanıma xoşagəlməz fikirlər bildirməkdə idi. Dərclərin miqyası artdıqda, məsələyə aydınlıq gətirmək üçün onu görüşə çağırıb, hərəkətlərinə rəsmi izah gətirməsini istədim. Məlum oldu ki, Tolik bu hərəkətləri ətrafında dolaşan bədxahların yalan sözlərinə inanaraq, onların təhriki nəticəsində edib. Bu həqiqət ortaya çıxdıqdan sonra Tolik etdiklərindən təəssüflənib, məndən üzr istədi. Onun bu səmimi, cəsarətli addımını dəyərləndirib, üzrxahlığını qəbul edib, aramızda olan mənasız qarşıdurmaya son qoydum".
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb


















































