“İlin Favoriti” mükafatının sahibləri kimlər olacaq?

“İlin Favoriti” mükafatının sahibləri kimlər olacaq?

"İlin Favoriti mükafatını sahiblərinə təqdim etmək üçün sorğulara başlanılıb. Tədbirin təşkilatçısı olan Şou Prodakşndan verilən xəbərə görə, sorğular sosial şəbəkələrdə və e-poçt ünvanı vasitəsi ilə virtual formada həyata keçiriləcək. Mükafata layiq görülən namizədlər haqqında geniş informasiyalar KİV vasitəsi ilə oxuculara təqdim olunacaq. Mükafatın bu ilin dekabr ayının 26-da öz sahiblərinə təqdim olunması nəzərdə tutulub. Məqsəd 2013-cü ildə yeni-yeni layihələrlə öz pərəstişkarlarını sevindirənləri, hit mahnıların müəlliflərini, istedadı ilə digər həmkarlarından fərqlənən aparıcıları və s. digər həmkarlarından fərqləndirməkdir. Mükafat şou-biznes nümayəndələrinə, Şou -Bizneslə əlaqəli olan və əməkdaşlıq edən butün sahələrə, TV və radionun maqazin verilişlərinə, verilişlərin aparıcılarına, klipmeykerlərə, prodüserlərə, qəzet və internet portallarına və onların yazarlarına, model ve modelyerlərə, rəqqas və rəqqasələrə təqdim olunması nəzərdə tutulub. Qeyd: Sorğularda iştirak etmək üçün Facebook sosial şəbəkəsində yaradılan "ilin favoriti " səhifəsinə və [email protected] e-poçt ünvanına namizədlərin adlarını yazmaqla qoşulmaq olaq olar.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az