Bu gün məşhur bəstəkar-ifaçı Emin Ağalarovun doğum günüdür.
O, 1979-cu il dekabrın 12-də Bakıda anadan olub. 4 yaşından Moskvada yaşayan ulduz İsveçrə və ABŞ-da təhsil alıb. Rusiyada bizneslə məşğul olur və "GQ" jurnalının 2011-ci ildə "İlin iş adamları" namizədləri arasından birinci yerə çıxıb.ABŞ-da olarkən ifaçının musiqiyə marağı yaranıb. Xüsüsən Frenk Sinatra, Elvis Presli və müəllimi, unudulmaz sənətkar Müslüm Maqomayev onun kumirləri sırasındadır. 2006-cı ildə "Still"adlı ingiliscə ilk albomunu çıxarıb və eyniadlı mahnı tez bir zamanda hitə çevrilib. Bu musiqi toplusunda o, həm də bəstəkar kimi özünü göstərib. 2007-ci ildə "İncredible" adlı albomunu sevənlərinin ixtiyarına verib.
Emin 2010-cu ildə artıq Avropaya musiqisini tanıtmaq qərarına gəlib və "Wonder" albomunu Britaniyada satışa çıxarıb. "Obvious" mahnısını "This Morning" verilişində ifa edən sənətçi böyük diqqət görüb. Əksər mahnılarının müəllifidir. Rusiya, Ukrayna və Azərbaycanda konsertlər verməyə davam edir.
Emin Ağalarovun "Giving İn", "Dont cry", "Wonder", "Falling", "Any time you fall", "Obvious", "Stick together", "Still, Make the worl go away", "Just for one night", "Amor" klipləri var. İfaçı-bəstəkar bu il həm də ən böyük yarışmalardan biri olan "Kainat gözəli" müsabiqəsinin təşkilatçısı qismində çıxış edib.Məşhur azərbaycanlı iş adamı Araz Ağalarovun oğludur.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır

















.jpg)

.jpg)



































