Bir müddətdir küsülü olan xalq artistləri arasında beləcə barışıq baş tutub. Əməkdaşımızla söhbətində Aygün Kazımova xəbəri təsdiqləyib. Müğənni onunla birlikdə xalq artisti Faiq Ağayevin və sənətçi Ayan Babakişiyevanın da xəstəxanaya yollandığını deyib:
"İlhamə xanım ürək əməliyyatı keçirmişdi. Buna görə də müayinə olunmalıdır. Səhhətində ciddi problem yoxdur. Dünən mənə dedilər ki, xəstəxanadadır. Düzü, mənə vəziyyətinin ağır olduğunu bildirmişdilər. İnsan sağlamlığı çox önəmlidir. Əməliyyat zamanı da ona baş çəkmişdim. Dünən xəbəri eşidəndə xəstəxanaya yollandım. Gördüm ki, çox yaxşıdır, qırmızı dodaq boyası, çəhrayı koftası, makiyajı yerindədir. Özünü belə yaxşı hiss etməsinə sevindim. Çox istədiyim insanlar - Tolik, Faiq Ələkbərli də orada idi. Dedik-güldük, söhbət etdik".
Xatırladaq ki, iki xalq artistləri arasında baş verən söz-söhbətə ötən gün İlhamə Quliyevanın saytımıza verdiyi açıqlama son qoydu. Onun Aygün Kazımova haqqında dediyi xoş sözlərdən sonra qarşı tərəf sənətçiyə baş çəkərək barışdıqlarını təsdiq edib.
Bu gün İstanbula yollanan A. Kazımova yeni layihələrlə geri qayıdacağını bildirib:
"Yeni il ərəfəsində möhtəşəm sürprizlər təqdim edəcəyəm. Yeni layihələrim və bəzi insanlarla işbirliyim olacaq. Onların kim olduğu isə İstanbuldan qayıdandan sonra açıqlanacaq". /Axsam.az/
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır

















.jpg)

.jpg)



































