Kim Kardaşyan Bakıya gələ bilər
7 Sentyabr 11:52
Qarmon ustası Aslan İlyasov ölüm ayağındadır. ANS PRESS-in məlumatına görə, bu barədə süjet "Adam İçində" verilişinin bu günkü buraxılışında yayımlanacaq.
Sənətçi verilişin ikinci aparıcısı Afət Rahilqızıya bildirib ki, dərman almağa belə pulu yoxdur. "Uşaqlarımın toyunu görə bilmədim. Ölmək istəmirəm", - deyə Aslan İlyasov ağlaya-ağlaya bildirib. Sənətçi həmçinin sənət dostlarının onun yanına gəlməməsindən də şikayət edib: "Əvvəl içki içəndə gəlirdilər. İndi yataga düşmüşəm qapımı döyən yoxdur".
Daha ətraflı "Adam İçində" verilişinin bu günkü buraxılışında.
Mediainfo.az