Bu gün əməkdar artist Firuzə İbadovanın evində artıq şadyanalıq başlayıb. Hər kəs sabahkı məclisə hazırlaşmaqdadır. Xoşbəxt görünən təkcə Firuzə xanım deyil. Həm də bacısı qızı Günel və onun ailəsidir. Bəs necə? Axı sabah Günelin anası aktrisa Rəhilə İbadova illər sonra azadlığa buraxılacacaq!
Haqqında:
Rəhilə İbadova 1951-ci il sentyabrın 20-də Bakı şəhərində anadan olub. 1986-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu (indiki Azərbaycan Dövlət İncəsənət Universitetini) bitirib. 1969-cu ildən A.Şaiq adına Dövlət Kukla Teatrında səhnə ustası və aktrisa kimi fəaliyyət göztərib. "Tık-tık xanım", "Cırtdan" və bir çox nağıl qəhrəmanlarını oynayıb. Lider TV-də dublyaj olunan cizgi filmlərinin səsləndirilməsində iştirak edib, "Adam ol" filmində rol alıb.
1970-ci ildə ailə qurub, beş uşaq anasıdır. 1999-cu ildə həyat yoldaşı vəfat edib. 2006-cı ildə AR CM-nin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilib. Sonradan Bakı Apelyasiya Məhkəməsi işi 8 ilə endirib). Həbsxanadakı Dram Dərnəyinin rəhbəridir.
İllərdir bacısının xiffətini çəkən, kövrəkqəlbli Firuzə xanıma gözaydınlığı verməyə dəyər. "Oxu Məni" qəzeti və Mediainfo.az saytının əməkdaşları olaraq əməkdar artistimizin sevincinə qoşuluruq!
Hazırladı: Könül Aypara
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































