Lalənin əri: "Ayrılmağımıza səbəb rəfiqəsinin mənə şər atması olub"

Lalənin əri: "Ayrılmağımıza səbəb rəfiqəsinin mənə şər atması olub"

Əməkdar artist Lalə Məmmədova ayrılma səbəbi kimi həyat yoldaşı İlham Qafarovun ona xəyanət etməsini göstərmişdi.

Vesti.az xəbər verir ki, İlham Qafarov məsələyə münasibət bildirib. O, sözügedən iddianın həqiqətəuyğun olmadığını deyib:"Lalənin efirdə dediyi sözlər həqiqəti əks etdirmir. Bizim ayrılmağımıza düşmənlərimizin və Lalənin rəfiqəsinin şər atması səbəb olub. Məni xəyanətdə günahlandırmazdan əvvəl bunu bir neçə dəfə yoxlayıb dəqiqləşdirməli idi. Hər bir ailədə söz-söhbət olur. Amma istənilən məqamda anlaşıb problemi yoluna qoymaq, ən azından məsələni sakit yolla həll etmək olar. Heç nə ona mənim şəxsiyyətimi alçaltmağa haqq vermir. Bəzi şəxslər var ki, Laləni mənə qarşı qızışdırdılar. Halbuki həmin insanların öz şəxsi həyatı yolunda deyil. İndi o ana olmağa hazırlaşır və belə məqamda onun ləyaqətinə toxunacaq bir şey demək istəmirəm. Lakin onu bildirim ki, Allah hər şeyi görür və gec-tez haqq yerini tapacaq".

Hələ ki, körpə doğulmayıb deyə rəsmən boşana bilmirik. Mən 8 ildə ona yaxşı həyat yoldaşı, əsl dost olmuşam, ən çətin məqamlarda həm mənəvi, həm maddi cəhətdən onu dəstəkləmişəm. Yaxşı bir məsəl var: heç vaxt su içdiyin qaba tüpürmə".

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az