Kim Kardaşyan Bakıya gələ bilər
7 Sentyabr 11:52
Məşhur sənətçi İbrahim Tatlısəs bu gün həyat yoldaşı Ayşegül Yıldızdan boşanıb. Türkiyə mətbuatınin verdiyi məlumata görə müğənni iki il öncə evləndiyi xanımı ilə bu gün yollarını ayırıb. Ailə məhkəməsinə müraciət edən cütlük ilk məhkəmədəcə boşanıblar. Proses 15 dəqiqiə davam edib. Təhlükəsizliklə bağlı məhkəmə binasının birinci mərtəbəsinə yad adamların girişi məhdudlaşdırılıb.
Boşanmaya səbəb isə cütlük arasındakı anlaşılmazlıq göstərilib.
Xatırladaq ki, 11 il sevgili olduqdan sonra 2011-ci ildə başından güllələnən İbrahim Tatlısəs Ayşegül Yıldızla xəstəxanada evlənmişdi. Bu evlilikdən onların aprel ayında 1 qız övladı dünyaya gəlib.