Bir neçə saat öncə "Space" telekanalının canlı yayımında iştirak edən əməkdar artist Elza Seyidcahanı yenə də əsəbiləşdirdilər. "Mən falçı, görücü yanına getmirəm", - deyən müğənni aldığı cavabdan odlandı, nə odlandı. Görücü Həsənin, "prodüser Sultan Mustafayevlə birgə "Avropa.az" radiosunda "Ekstra-debat" verilişinin qonağı idim. Falçı, görücü yanına gedən müğənnilərdən söz düşdükdə, Sultan dedi ki, Elza Seyidcahan da görücü yanına gedib-gəlir. İndi niyə danırsınız?" – deməsindən sonra Elza Seyidcahan mövzuya aqressiv şəkildə münasibətini bildirdi:
- Sultanı heç mən yaxından tanımıram. Bir-iki yerdə göstəriblər ki, bu Avropa prodüseridir. Onu bütün Avropa tanıyır da, lap yaxşı. Bilmirəm o nəyə əsaslanaraq belə deyib. Bəlkə onunla bir yerdə falçı yanına getmişəm? Niyə ağzına gələni danışır haqqımda? Mən danmıram, əvvəllər getmişəm, amma indi yox, indən belə də getmərəm.
Yaranmış qalmaqalla bağlı müğənnilərin, sənət adamlarının Avropa turnesini təşkil edən prodüser Sultan Mustafayevlə əlaqə saxlayıb, münasibətini öyrəndik:
- Elza xanım doğurdan da gözəl bəstəkardır, gözəl ifaçıdır və gözəl anadır. Başa düşmürəm ki, niyə mənimlə qalmaqal eləmək istəyir? Yəqin səbəbi də aydındır, toylar yoxdur. Bekarçılıqdandır... Yəqin son konsertimə dəvət almayıb, ona görə əsəbidir. Qoy eləsin, yəqin ehtiyacı var, ona işlərində uğurlar arzulayıram. Kim nə danışır, danışsın. Elza xanımla ailəvi dostuq.
Əgər Elza Seyidcahan, "Sultanı elə də tanımıram" deyibsə, görəsən, hansı "ailəvi dostluqdan" söhbət gedir? Maraqlıdır...
Hazırladı: Könül Aypara
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































