Daha çox müğənnilərin qalmaqallarına öyrəşdiyimiz şou-biznesdə bu dəfə prodüserlər arasında qalmaqal yaranıb. Avropa prodüseri kimi tanınan Sultan Mustafayevin "Mix Magazin" verlişinə verdiyi açıqlaması böyük qalmaqal yaradıb. Onun bildirdiyinə görə, "Azərbaycanda yeganə prodüser odur və ondan başqa olanlar yalnız disk daşıyanlardır".
Onun bu qalmaqallı açıqlamasına qarşı tərəf susmayıb və açıqlama verib. Belə ki, yerli müğənnilərlə yetərincə çalışıb öz imzasını bu sənətdə qoymağı bacaran prodüser Rövşən gecce.az-a açıqlamasında bildirib ki, "Sən kimsən ki, bizdən danışırsan? Sən yalnız yaşadığın Hollandiya şəhərində olan prodüserlər danışa bilərsən. Sən ilk öncə gəl Azərbaycanda biz prodüserlərin gördüyü işlərlə tanış ol və sonra danış. Əgər sən özünə qiymət versəydin bu cür danışmazdın" – deyərək məsələyə münasibətini bildirib. Onu da bildirək ki, Rövşən hazırda xalq artisti Səməd Səmədov və müğənni Mananayla çalışır. Prodüser Rövşənin fikrilərini cavabsız qoymayan Sultan Mustafayev "Üç nöqtə"ylə əlaqə saxlayıb açıqlama verdi. Prodüserin fikirlərini sizə olduğu kimi təqdim edirik: "Mən həmin açıqlamamda dediyim fikirlərimi ümumi söyləmişdim. Açıqlama verirəmsə yalandan nə isə deyəcəmsə, niyə danışım ki? Rövşən bəy sən elə disk daşıyansan ki, bu məsələyə öz fikrini bildirmisən. Çünki sən ən azı elə xalq artisti Səməd Səmədovla şou proqramlara gedib disk qoyursan. İkincisi, sən gör nə qədər savadsız insansan ki, Hollandiya ölkəsinə Hollandiya şəhəri deyirsən. Sənin hansı səntçilərlə çalışdığınla, hansı işləri gördüyünlə mən çox maraqlanmışam. Buna görə də bilirəm ki, toylarda, proqramlarda necə disk qoyursan. Ona görə də sən bu cür cavab vermisən. Mən öz fikrimin üstündə qalıram ki, Azərbaycanda yeganə prodüserəm ki, heç bir müğənni ilə solo işləmirəm və heç kimin də diskini daşımıram. Mənim səndən fərqim odur ki, hər şeydən önəmlisi sən müğənninin köləsisən. Mən isə işimin ağasıyam. Sən həmin Rövşənsən ki, mənə yalvarırdın. Deyirdin ki, mənə kömək elə çıxım gedim Avropada yaşayım. Sən elə get öz disk daşımağınla məşğul ol. Bütün işlərində də sənə uğurlar arzu edirəm".
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































