Aldığımız məlumata görə, həmkarımız - "Anspress" saytının əməkdaşı Zülfiyyə Qurbanova kəskin baş ağrıları ilə "Semaşko" xəstəxanasına yerləşdirilib. Hazırda Zülfiyyə xanımın vəziyyəti ortadır. Z.Qurbanova Mediainfo.az-a bunları açıqladı: "Artıq 2 ildir halsız idim, hətta Naftanlanda müalicə aldım. Xeyli müddətdir qızdırmam 38-ə qalxırdı. Çoxlu ağrıkəsicilər vurulsa da, ağrılardan xilas oluna bilmirdim. İynələr vurmaqdan bezmişdim. Dünənə qədər vəziyyətim çox ağır idi. Həyatdan bezmişdim, hətta orqanlarımı bağışlamaq üçün yol axtarırdım. Düşündüm ki, özüm yaşaya bilməsəm də, kiməsə həyat verim. Amma bu gün həkimlər dedilər ki, qanımda infeksiya aşkarlanıb. Uzunmüddətli müalicəyə ehtiyacım var. Çox sağ olsunlar, işlədiyim Ans-dən mənə kömək etdilər. Sadəcə mənim xəstəliyim elədir ki, ağzımda maska gəzməliyəm. Bir də iştaham təmiz yoxdur. Hamısı da immunitetimin aşağı düşməsi ilə əlaqədardır. 10 gündən sonra yaxşı olsam, evə buraxacaqlar. Amma evdə müalicə almalıyam, hər şeydən qorunmalıyam və maskada gəzməliyəm".
Biz də həmkarımıza can sağlığı arzu edirik, tezliklə isti yuvasına qayıtmağını arzu edirik! - Mediainfo.az!
Şəlalə Nəriman
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































