Azər: "Qızımı Vüsalədən qanunla alacam"

Azər: "Qızımı Vüsalədən qanunla alacam"
Onlar barışmadılar

Bir müddət öncə ayrılan tanınmış teleaparıcılar Azər və həyat yoldaşı Vüsalə İsmayılovların barışıq xəbəri yalan çıxıb.

Açıqlama verən Azər artıq məhkəməyə müraciət etdiyini deyib: "Münasibətlərimiz düzəlmədi, barışmamışıq. Qızımı 6 aydır görmürəm. Onu mənə vermir. Övladımın üzünə həsrətəm. Məhkəməyə vermişəm, qanunla qızımı ondan alacağam".

Azər həmçinin deyib ki, tezliklə yeni layihə ilə tamaşaçıların görüşünə gələcək: ""Qanunla" adlı veriliş hazırlayıram. Burada ehtiyacı olanlara hüquqi cəhətdən kömək edəcəyik. Cinayət istisna olmaqla, bütün ehtiyacı olanları vəkillə təmin edəcəyik. Maraqlı və səs-küylü layihə olacağına inanıram".

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.06.24

2026.06.23

2026.06.22

2026.06.21

2026.06.20

2026.06.19

2026.06.18

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az