Qadınların qorunmasına start verildi. Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2011-ci il tarixli 537 nömrəli Fərmanının icrası ilə bağlı "Məişət zorakılığının qarşısının alınması üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planı"na uyğun tədbir keçiriləcək.
25 noyabr qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü ilə bağlı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və "ADDIM" Yaradıcı Gənclər Assosiasiyasının əməkdaşlığı ilə "Park Bulvar" ticarət mərkəzində "Qadına vurma, vurul!" şüarı altında tədbir keçiriləcək.
Layihə Azərbaycanın tanınmış qadınların iştirakı ilə fotosərgi formasında hazılanıb. Xüsusi dekor və çəkim formatına hazırlanmış fotosərgidə əks olunan fotolarda xanımlar zorakılığı ifadə edən formada qrim olunublar.
Layihədə əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, teleaparıcı Nərgiz Cəlilova, müğənni Elnarə Xəlilova, Eurovision təmsilçimiz Sabina Babayeva, əməkdar artist Elza Seyidcahan, telejurnalist Gunay Malikqızı, jurnalist Ülkər Qasımova və "Birliyə Doğru" təşlatının sədri Zərifə Quliyeva çəkilmişdir.
Qadınların bu imicini Gürcüstandan xüsusi dəvət olunmuş qrim ustası Mariya İnasaridze hazırlayıb. Fotoların müəllifi isə fotoqraf Ruslan Teymurflutovdur. Layihə çərçivəsində mövzunun gündəmə gətirilməsi üçün promo aksiyalar, televiziya çəkimləri və s nəzərdə tutulub.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































