Azərbaycanın və Dağıstanın Xalq Artisti, Şöhrət və Şərəf ordenli İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərov: "Bu həyatda hər bir insanın səhvi olur, amma bizim komanda şəklində heç vaxt səhvimiz olmayıb. Sadəcə böyük sənətkar, Şöhrət və Şərəf ordenli İlhamə xanımla bizim aramızı vurmaq üçün bir ssenari yazıldı... Bu ssenarinin müəlliflərini də hər kəs yaxşı tanıyır. Amma ssenari ekranda görünsə də, reytinq vermədi. Hətta uğursuz serialın çəkilişləri yarımçıq qaldı. Serialın davamlı olması üçün gərək tamaşaçı sevgisi olsun. Təəssüf ki, yazılan bu ssenari, müəlliflərinə uğur gətirmədi. Unutmayın ki, mən 10 ildir ki, İlhamə xanımın yanındayam və biz artıq doğmalaşmışıq. Duz-çörək kəsmişik. Lütfən, bizim aramızı vurmağa çalışmayın. Ət dırnaqdan ayrılmaz. Bu sizdə alınmayacaq! Artıq bu həyatda yaxşını pisdən ayrımaq, dostu, düşməni tanımaq olur. Sözlərimin məni müvəqqəti əvəz edən Tahirə xanıma heç bir aidiyyatı yoxdur. Həmişə böyük hörmətim olub və olacaq da... Fikrimcə, o, məni sevən insanlardan biridir. Azərbaycanda prodüser kəlməsi işlədiləndə ilk növbədə Tolikin (Tarix Əliyev) adı hallanır. Toliki kimsə əvəz edə bilər? Heç vaxt! İşini bilən və peşəkar komandanın üzvüdür. Onu da deyim ki, İlhamə xanımla bizi – Toliki, Ülvi Qılıncı və məni Respublikanın əməkdar artisti Cavanşir Məmmədov barışdırdı. Arada olan söz- söhbətlər bizim dostluğumuzu daha da möhkəmləndirdi".
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































