Azərbaycanın ilk oyun və texnologiya dərgisi yaradılır. Dərgi "Evolution", yəni təkamül adlanır. "Evolution" dərgisinin önümüzdəki ilin fevral - mart aylarında Azərbaycan bazarında öz yerini tutacağı gözlənilir. Buna baxmayaraq, dərgi öz fəaliyyətlərinə artıq başlayıb. Belə ki, sosial şəbəkələrdə (instagram, facebook) Evolution adı altında yavaş-yavaş öz fəaliyyətinə başlamış dərgi, bundan başqa müxtəlif vakansiyalar üzrə iş yerlərinin elanını da verib. Kontent hazırlanması üzrə mütəxəssislərin toplanmasına başlayan dərgi heyəti, 24 noyabr 2013 tarixində New Baku otelinin konfrans salonunda həvəskarlarla görüş keçirəcək. Görüşün mahiyyəti haqqında danışan lahiyə rəhbəri və təşkilatçı şirkət "İlk Media" şirkətinin rəhbəri İlkin Həsəni-nin sözlərinə görə bu görüş yep yeni və bu sahəyə layiqli bir dərgi ortaya çıxarmaq üçün onlara məqalə yazarları üçün seçim etməyə imkan tanıyacaq. "Gözəl dərgi, maraqlı və oxuna biləcək məqalələr yazmaq üçün bu sahənin həvəskarları ilə görüş vacibdir" – deyə vurğulayan İlkin Həsəni, dərginin oyun və texnologiya sahələrini birləşdirən və habelə Azərbaycanda oyun sahəsində də fəaliyyət göstərən ilk dərgi olacağının altını vurğulayaraq dilə gətirib. Dərgi haqqında, öz düşüncələrini dilə gətirənlərdən biri də, dərginin baş redaktor vəzifəsində olan və dərginin dizayn işlərini üstlənmiş "Butterfly" MMC şirkətinin rəhbəri Vüqar Alışov oldu. Onun sözlərinə görə "Evolution" dərgisində bu sahədə fəaliyyət göstərmiş xarici bir çox dərginin təcrübəsindən yararlanacaqlar. Vüqar Alışov özü, Türkiyənin məşhur texnologiya dərgilərində işlədiyi üçün dizayn mövzusunda "Avropa və yaxın şərq ölkələrində fəaliyyət göstərən dərgilərdən heç də geri qalmayacaq" sözlərini söyləyib. Hal-hazırda bütün fəaliyyətlərinin və diqqətlərinin həvəskarlarla görüşə yönəldiyini söyləyən baş redaktor, son olaraq dərginin ən son texnologiyalara və keyfiyyət baxımından ən yüksək tələblərə uyğun olacağını vurğulayıb.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































