Bir neçə dəqiqə öncə müğənni Röya Ayxan Türkiyənin "Show" telekanalında yayımlanan "Gülben" verilişinin qonağı oldu. Xatırladaq ki, verilişin aparıcısı tanınmış popçu Gülben Ergendir.
"Azərbaycanın güclü səslərindən biri" kimi təqdim olunan Röya Ayxan "Sən Müşfiqin yanında" mahnısını ifa etdikdən sonra geyimi modelyer Hande tərəfindən çözələnməyə başlandı. Əynindəki qara rəngli şortu hər iki türk qadını bəyənsə də, tünd qara corabla deyil, açıq corabla geyinməsi tövsiyyə olundu. Müğənnimiz gülərək, "sonra dığ-dığ" başlanacaq", - deməklə vəziyyətdən məharətlə çıxış yolunu tapdı. Buna baxmayaraq, Röyanın ümumi geyimi həm Gülben, həm də modelyer tərəfindən yüksək qiymətləndirildi. Daha sonra Röya yaradıcılığı barədə məlumat verdi. "Bizim müğənnilərdən Zeynəb xanım Xanlarova burada çox tanınır. Bayaqkı mahnı da ona aiddir. Digərləri də özlərini sınayıblar. Bəzisi yarımçıq qalıb, bəzisi isə işini davam etdirsə də, alınmayıb. Ərimin anası mənə demişdi ki, əziyyət çəkmə, alınmayacaq, mən iki gün ağladım, sənətçiyəm, içimə saldım onun sözlərini. İlk olaraq Sonerle tanış olduq, sonra isə Əflatunla. O, sizin mahnılarınızı dinləməyi mənə məsləhət gördü. Dedi ki, Gülbenin mahnıları ruhunu oxşayacaq. Burda yaşamıram, Azərbaycanda yaşayıram, sizin verilişinizə görə gəlmişəm", - deyən Röya məşhur "Gəmiçilər" mahnısını oxudu. Gülben ona, "yolun açıq olsun! Kocanla birlikdə" – deyə uğurlar diləməyi unutmadı.
Hazırladı: Könül Aypara
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































