Sevil-Sevinc bacıları dayanmadan uğurlara imza atırlar

Sevil-Sevinc bacıları dayanmadan uğurlara imza atırlar
Əkizlər yeni butikin siması seçiliblər

Azərbaycanı Türkiyənin "O ses Turkiye" layihəsində layiqincə təmsil etsələr də, Ebru Gündeş tərəfindən növbəti mərhələyə keçə bilməyən Sevinc və Sevil Səfərova bacıları Mediainfo.az-a danışdılar:

- Biz inanın ki, üzülmürük. Əsas odur ki, seçimlərdə Azərbaycanımızı layiqincə təmsil etdik. Jürilər Azərbaycanı necə sevdiklərini söyləməklə bizim mahnılarımızı böyük zövqlə oxuyub, "mənim qrupuma gəl!" - deyə səslədilər. Bu, bizim üçün qalibiyyətdir!

Əkizlər Azərbaycanda bir çox layihələr həyata keçirməkdə israrlıdırlar. Əsasən də yaradıcılıq işlərində irəliləyişlər etməyi qarşılarına məqsəd qoyublar. Bu günlərdə onlara klipmeyker Nail Naiboğlu tərəfindən bir klip hədiyyə olunub. Bundan başqa, bacılar bir çox məkanların açılışı üçün reklam çarxlarına dəvətlər almaqdadırlar. Bunlardan biri Xaçmaz şəhərində yerləşən butikdir ki, qızlarımız bu mağazanın siması seçiliblər. Sevinc-Sevil bacılarına Bakıda açılacaq daha bir məkan tərəfindən də təklif gəlib. Onlar həmin məkanın siması olmaqdan ötrü danışıqlarda iştirak etməkdədirlər.

Əkizlərimizə seçdikləri bu keşməkeşli, enişli-yoxuşlu yolda büdrəməməyi arzulayırıq!!!

Hazırladı: Könül Aypara

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az