"Falçı Almazdan üzr istəyirəm. İstəmirəm ki, aramızda narazılıq olsun".
Bu sözlər ektrasens Timur Nəsirova məxsusdur. Mediainfo.az saytına açıqlama verən Timur həmarı Almazla aralarında yaranmış narazılığa son qoymaq istəyir:
- Mənim telefonumda belə bir funksiya var ki, gələn zənglər lentə yazılır. Almaz xanım mənə zəng edərək özü barəsində danışdı. Bəzi suallar verdi, mən də bir ektrasens kimi o sualları cavablandırdım, yəni baxdım. Dedim ki, səndə cadu var, filan yerdə basdırılıb. Kimsə bizim bu danışığımızı köçürərək ANS TV-yə ötürüb. ANS-də bu mövzu işıqlandırıldıqdan sonra Almaz xanım məndən incidi. Bu məsələ mənim insanların mənə olan inamını zədələyə bilər. Mənim yanımda gündə nə qədər adam olur, onları elə qəbul edirəm ki, bir-birini görməsinlər. Çünki onların arasında müğənnilər, tanınmış adamlar var. Mən bu hörmətsizliyi heç kimə etmərəm. Daha doğrusu, kiminsə sirrini kiməsə vermərəm. Lent yazısının oğurlanması ilə bağlı lazımi yerlərə müraciət etmişəm. "Zapisi" oğurlayan və kanala verən şəxs barəsində lazımi tədbirlər görüləcək. Çünki mənim şəxsi əşyamı istifadə edib. İstəmirəm ki, insanlar haqqımda pis şeylər fikirləşsinlər. Heç kimin üstündə nə reklam, nə də hörmətsizlik qazanmağa ehtiyacım yoxdur. Mənim üçün ən gözəl reklam görücülüyümdür. Bu məsələ ilə bağlı Almaz xanımdan üzr istəyirəm. Bilsin ki, mənim ona böyük hörmətim və sədaqətliyim var. Başqa falçılar tərəfindən mənə çox zənglər gəlir, kömək istəyirlər. Bir ekstrasensin başqasının yanına getməyi pis şey deyil. Necə ki, həkim həkimə müraciət edir və ya bir aparıcı digərindən məsləhət alır. Almaz xanıma həyatda xoşbəxtlik və uğurlar arzu edirəm.
- Bəlkə telefonunuzu özünüz qəsdən ANS-ə çatdırmısınız? Reklam naminə. Bəlkə şəxsi marağınız olub? Axı telefon insana özünə aid olan bir əşyadır.
- Mənim marağım olmayıb. Bilmirəm.
- Bəlkə elə özünüz baxasınız ki, telefonunuzu kim oğurlayıb, daışığınızı ANSə-ə ötürüb..? Görə bilməzsiniz həmin adamı?
- Yox..
- Telefonla danışmışdınız həmkarınızla? Nə demişdiniz ona?
- Əri ilə dalaşmışdı, ona görə baxdırırdı.
- Nə dediniz ona? Razı qaldı sizin baxıcılığınızdan?
- Demişdim ki, sənə cadu var, filan yerdə basdırılıb. Bəzən elə olur ki, baxıcı özünü görə bilmir, ona görə də başqasına müraciət edir.
- Hansı müğənnilər yanınızda olub və ya olur?
- Bu barədə danışa bilmərəm.
Mediainfo.az
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































