Əlikram Bayramovu Quba camaatı toyda döymək istədi

Əlikram Bayramovu Quba camaatı toyda döymək istədi
Müğənni toydan qovulub

Etibarlı mənbədən aldığımız məlumata görə, Əlikram Bayramov Qubada "Şəhzadə Şadığ" sarayında təşkil olunan toy mərasimindən qovulub! Buna səbəb isə səhnədə yarım saatlıq proqramı ilə çıxış etmək istəyən - şimal tərəfdə tanınmış təşkilatçı, müğənni Şakir Abbas olub. Belə ki, toyda olan məlumatı bizə gənc müğənni Fatimə verib. Hər iki tərəflə əlaqə saxlanıldı. Şakir Abbas bizə bildirdi ki: "Bəli, belə bir hadisə olub. Bizim Quba camaatı onu toyda hətta döymək belə istəyiblər. Səbəb də o olub ki, mənim çıxışım vaxtı Əlikram Bayramov öz musiqiçilərinə göz-qaşla mini diskimi pozdurmaq istəməsidir. Bir-birimizə nə gəldi demişik, Fatimə xanım düz deyib, hətta ev yiyəsi Əlikramın bu hərəkətini pisləyib, toyu tərk etməyini tələb edib və hər kəsin öz yerini bilməyini bildirib. O, toyda hətta Quba camaatının narazlığını görüb və musiqiçilərin üstünə atıb ki, guya heç nə deməyib. Öz musiqiçilərinin üstünə qışqırıb, sonra mən həmvətənlərimi sakitləşdirdim. Sadəcə bəzi sənətkarlar yerlərini bilsə yaxşıdır, göylə gedərsə, ya toyda döyülər, ya da ki, qovular".

Şəlalə Nəriman

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az