Təranə: "Vaxtında sifarişlə mənə qarşı süjet hazırlayıb, mənim həyatıma çox böyük bir zərbə vurmuş İdris..."

Təranə: "Vaxtında sifarişlə mənə qarşı süjet hazırlayıb, mənim həyatıma çox böyük bir zərbə vurmuş İdris..."

Son zamanlar "Space" tele-kanalının eks aparıcısı İdrisin açıqlamaları böyük səs-səda səbəb olmuşdu. Bəziləri ona dəstək çıxsa da, əksinə danışanlardan biri də prodüsser Təranə Səmədova oldu. Onun "Facebook"da yayımladığı statusu təqdim edirik:

"Artıq bir aya yaxındır Avropadan hər gün mənə "ssılkalar" yollayan İdrisə baxıb düşünürəm ki, deyəsən, quyruğun qapı arasında qalıb... "Cəhənnəmə gedən özünə yoldaş axtarır" məsəlinə əməl edib, vaxtında dəstək olmadığın insanlardan dəstək ummağa başlamısan... Vaxtında səndən hər hansı bir iş xahiş edəndə kanalın xəbəri olmadan süjet üçün 500 manat, klipi 10-luğa salmaq üçün 1000 manat, radioda öz verilişində mahnı yayımlamaq üçün 200-300 manat pul tələb edirdin. Təqdim etdiyin "Bazar" verilişi də artıq tamaşaçılarda qıcıq yaratmağa başlamışdı, artıq həmin verilişin sona yetməsinin zamanı çatmışdı, elə düzgün də edildi ki, həmin veriliş bağlandı. Sən olduğun zamanlardan fərqli olaraq indisə kanaldan daha doğma münasibət bəslənilir insanlara, hər hansı bir verilişə çəkilmək üçün daha rahat şərtlər tətbiq edilir. İlk günlər bir az pis olmuşdum sənə görə, sonradan oturub məntiqlə düşündüm ki, kimə görə pis oluram, nəyinə görə? Vaxtında sifarişlə mənə qarşı süjet hazırlayib, mənim həyatıma çox böyük bir zərbə vurmuş İdrisə görəmi? 2 ildən bir az çox keçmiş olar, mən insanları bağışlamağı bacarıram, amma etdikləri pislikləri unutmuram. Sənin qurbanına çevrilmiş bir çox sənət nümayəndələri var ki, bu günkü gündə onlar da səsimə səs verəcəklər, sən düşünürsən ki, sən tək deyilsən, ətrafında sənə dəstək olan dostların var, amma bir az diqqətlə bax, ətrafında heç kim yoxdur, bu zərbəni də sən elə özün-özünə vurdun".

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az