Bu gün xalq artisti Flora Kərimovanın "Necə unudum səni" mahnısına çəkilən klipin təqdimat mərasimi keçirilib. Apa -nın məlumatına görə, "Temp" production tərəfindən ekranlaşdırılan yeni klipdə müğənninin illər əvvəl oxuduğu mahnı yeni remix variantda təqdim olunub. Klipin rejissoru Türkay Azəri, operatoru Vaqif Rəşidov, DJ-i Arif Flaşdır.
Yaradıcı heyət təqdimat mərasimində bildiriblər ki, tamaşaçıların ixtiyarına verilən klip "Temp" productionun üçüncü layihəsidir. Flora Kərimova "Necə unudum səni" mahnısını sənət taleyinin mərhələsi adlandırıb: "Bu mahnını yazdıranda qızım xəstə idi. Səsyazmaya gedəndə ürəyim onun yanında qalırdı. Mahnıda yanğı varsa, bilin ki, qızıma görə nigaran qalmağımdandır. Bu, məni sevdirən mahnıdır".
Xalq artisti mahnılarını yeni tərzdə, ölçü-biçisiz oxuyan gənclərlə bağlı narahatlığını bildirib: "Burdan gənc müğənnilərə səslənirəm: mənim mahnılarımı oxuyun, buna etirazım yoxdur, amma öz bildiyiniz kimi korlamayın. Sizlərə yalvarıram, belə şeyləri görəndə o adamların üzünə vurun, qoy utansınlar. Məni həyatda pis oxunan mahnımdan savayı heç nə sındıra bilməz".
Təqdimat mərasiminin sonunda "Necə unudum səni" mahnısının remix klipi media nümayəndələrinə təqdim olunub.
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb


















































