Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəs 2 il azadlıqdan məhrum edilə bilər. ANS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İ.Tatlısesi əməliyyat edən burun həkimi İsmail Koçak məhkəməyə verib.
Buna səbəb isə tanınmış sənətkarın həkimi təhqir etməsi olub. Belə ki, bir müddət əvvəl İbrahim Tatlısəs "Twitter" səhifəsində həkimi barədə təhqiramiz sözlər yazmışdı.
"Səsimin tembri pozulub. Danışmağa belə çətinlik çəkirəm. Rahatsızlığım İsmail Koçakın əməliyyatından sonra yarandı. Mənim kimi problemi olan şəxslərə müraciət edirəm. Özünüzü İsmail Kaçak kimi həkimdən qoruyun", - deyə İbrahim Tatlısəs öz səhifəsində heyranlarına səslənib.
Bunu özünə təhqir sayan və bundan sonra nüfuzunun aşağı düşdüyünü düşünən həkim tanınmış müğənnini məhkəməyə verib. Həkim onu təhqir etdiyi üçün İbonun 2 il azadlıqdan məhrum edilməsini tələb edir.
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb


















































