Kim Kardaşyan Bakıya gələ bilər
7 Sentyabr 11:52
Dünən bəzi internet saytlarında meyxanaçı Namiq Qaraçuxurlunun "Toy gecəsi" serialında tərəf müqabili olan aktrisa Dəniz Tacəddinlə nişanlı olması haqda xəbər yayılıb. Yayılan informasiya gənc aktrisanı özündən çıxarıb.Açıqlamasında bu xəbərlərin şayiə olduğunu və təəssüf hissi keçirdiyini deyib:"Mən aktrisalığımı reklama, qalmaqala çevirmək istəmirəm. Piarla məşğul olmaq fikrim yoxdur. Biz Namiqlə serialda tərəf müqabiliyik. Aramızda qarşılıqlı hörmət var. Heç də xoş informasiya deyildi. Olmayan bir hadisəni şişirtmək lazımsız bir şeydir. İnsanların məni bu cür ucuz reklamla yox, serialdakı obrazıma, bacarığıma görə tanımasını istəyirəm".
Qeyd edək ki, Dəniz serialda Səbinə obrazını canlandırır.