Kim Kardaşyan Bakıya gələ bilər
7 Sentyabr 11:52
Bacısının toyundan bir neçə gün sonra Türkiyəyə qayıdan müğənni İradə İbrahimovaya yerli reklam şirkətlərindən birindən təklif gəlib. Türkiyədə istehsal olunan süd məhsullarından birinin reklamının Azərbaycan versiyasının səsləndirilməsi sənətçimizə həvalə olunub. Təklifi qəbul edən İradə xanım İstanbulda bir sətirdən ibarət mahnını lentə yazdırıb. Onun səsləndirdiyi "Böyüdüm, böyüdüm, Pinarla böyüdüm" sözlərini dilimizə Günel Sərdarqızı çevirib. Yaxın vaxtlarda Azərbaycanda yayımlanacaq reklamda milli elementlərin əlavəsi nəzərdə tutulub. Qeyd edək ki, reklamın ilk versiyasını Şevval Sam kürdcə səsləndirib.
Mediainfo.az