Roza: "İdris, yaxşı ki, kanalda sənin kimi rüşvətxor artıq yoxdur!"

Roza: "İdris, yaxşı ki, kanalda sənin kimi rüşvətxor artıq yoxdur!"

Son zamanlar Space telekanalının keçmiş əməkdaşı İdris Cəfərovun kanal haqqında aşkara çıxardığı gizli məqamları çəkərək, "Youtube" video paylaşım şəbəkəsinə yükləməsi media gündəmində qalmaqallara səbəb olub.
İdrisi dəstəkləyən və ona qarşı çıxanlar da az olmayıb. Narazı olanların arasında artıq müğənni Roza Zərgərli də var.Müğənni, uzun zamandır söhbəti gedən videolara bu gün qəti münasibət bildirməklə bir çox məsələlərə aydınlıq gətirib. Onun sözlərinə görə, aparıcı, Avropa ölkələrindən birinə gedərək oradan video yayımanın daha asan olduğunu deyib. "Əgər aparıcı doğurdan da haqqını tələb etmək istəyirsə, kişi kimi üzə çıxıb sözünü desin".
Roza Zərgərli, bir çox məqamları açıqladığı yazısını şəxsi Facebook səhifəsində paylaşıb.Biz də həmin yazını olduğu kimi sizə təqdim edirik:"Videoda qadınlar haqqında normal kişinin özünə yaraşdırıb deməyəcəyi sözləri deyir. Əvvəla, normal kişi heç vaxt qadına toxunmaz, İdrisin özündən soruşan lazımdır ki bu yaşa çatmısan, niyə ailə qurmamısan?! Yalnız ailə qurmayan kişi qadın haqda bu cür axmaq fikirləri söyləyə bilər. Bir neçə il bundan əvvəl radioya yaxınlaşıb mahnımı verdim, bir neçə gün radio dalğasında yayımlandı, sonradan isə durduğu yerdə dayandırıldı. Səbəbini soruşanda, dedilər ki, İdrislə əlaqə saxla. Bir az keçdi, İdrisin aparıcılıq etdiyi "Bazar" verilişinə müsahibə verirəm və müsahibə də efirə verilmədi, səbəbini öyrənəndə, müxbir mənə dedi ki, İdrislə əlaqə saxla. İdrislə əlaqə saxladıqda, mənə deyir ki, gəl mənimlə işlə, ayda rüşvət olaraq 1.000 AZN pul ver və bütün işlərini həll edim. Mən də təbii ki, bununla razılaşmadım və İdrisdən bu təklifini alan və razılaşmayan bir çox sənətçilər kimi uzun müddət kanaldan uzaq düşdüm.İdris, belə kişisənsə və belə haqqın tərəfdarısansa, gəl kişi kimi ver məhkəməyə! Ancaq bil ki, həmin məhkəmədə mən də olacam və sənin etdiklərin haqda bütün həqiqətləri söyləyəcəm. Sənin kimi insanlar hər zaman quyu qazır və sonda haqlı yerə uzaqlaşdırılırlar! Şükür Allaha indi sən kanalda yoxsan, mən və mənim kimi bir çox sənətçilər kanala daxil olub, rahat verlişlərdə iştirak edirik. Qarşımızı sənin kimi rüşvətxorlar kəsmir".

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az