Kim Kardaşyan Bakıya gələ bilər
7 Sentyabr 11:52
"Muhteşem yüzyıl"ın Mihrimah Sultanı Pelin Karahan idman və pilates müəllimi olan həyat yoldaşı Erdinç Bekiroğluyla iki illik evliliyinə son qoyub.
İdman salonunda tanış olan və 2011-ci ilin oktyabr ayında Barselonada evlənən cütlük münasibətlərindəki problemləri həll edə bilmədikləri üçün boşanır. Dostlarının barışdırma səylərinə baxmayaraq aktrisa fikrinin qəti olduğunu bildirib və yeni evə köçüb. Aktrisanın həyat yoldaşı isə "Tvitter" profilində "Qırılan bir ipə sıx bir düyüm vursanız, ən möhkəm yeri artıq həmin yer olar. Amma ipə hər toxunduğunuzda bizi incidən, yenə o düyümdür", - tvitini paylaşıb.