Kim Kardaşyan Bakıya gələ bilər
7 Sentyabr 11:52
Səhnədən televiziyaya 1998-ci ildə "Yetiş, bacım" proqramı ilə transfer olan Seda Sayan "Kanal D" ilə müqavilə imzaladı. Bu günə qədər apardığı verilişlərlə reytinqini hər zaman qoruyub saxlayan Seda yeni bir yarışma formatlı verilişlə geri qayıdır. Günorta saatlarında ekranda görünməsi planlaşdırılan proqram dekabr ayında efirdə olacaq. Verilişin adı hələ ki, tam dəqiqləşdirilməyib.
Mediainfo.az xəbər verir ki, 8 il "Kanal D" ilə işbirliyi quran Seda o vaxtlar kanaldan aylıq 500 min lirə (təxminən 250 min manat) qonorar alırdı. Budəfəki qonorarı isə dodaq uçquladır - 600 min lirə (təxminən 300 min manat)!
Günel Həbib