Xalq artisti Aygün Kazımova son vaxtlar haqqında gəzən söz-söhbətlərə aydınlıq gətirib.
Müğənni "Lider" telekanalında yayımlanan "Pərdə" verilişinə açıqlamasında əməliyyat olunması xəbərini təsdiqləyib. Müsahibə zamanı üzünü tamaşaçılardan gizlədən A. Kazımova yalnız konsertdə yeni imici ilə görünəcəyini deyib:
"Çox istəyirdim ki, yeni imicimdə ilk dəfə konsertimdə görünüm. Amma fotolar mediada yayıldı. Faiq Ağayevlə bir ad günündə idik. Orada şəkil çəkdirmək qadağan olunmuşdu. Amma Faiqin vokalisti mənimlə şəkil çəkdirib sosial şəbəkədə paylaşdı. Plastik əməliyyat olundum. Artıq dörd həftə keçib, hələ indi özümə gəlirəm. Danışa, ağzımı aça bilmirdim, yeməyi güclə yeyirdim. Hələ bu günə kimi belə ağır əməliyyat keçirməmişdim. Dəhşətli ağrılarım var idi. Mən bu cür ağrı görməmişdim. Əməliyyatdan sonra saat yarım ağrım kəsmədi, heç bir dərman da kömək etmədi. Nə qədər ağrıkəsici vurdular, sonra özümə gəldim. Əməliyyatdan çıxanda ilk sözüm o oldu ki, konserti təxirə salın, mən oxuya bilməyəcəm. İncəsənət qurban tələb edir, buna görə də hər çətinliyə dözürəm".
Qeyd edək ki, Aygün Kazımova və türkiyəli müğənni Sinan Akçılın konserti noyabrın 8-də "Hollivud" restoranında baş tutacaq.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































