"Azəristar" yarışmasının yaddaqalan iştirakçılarından olan Yaqut Nəriman haqda xəbərimiz var. 2013-cü ilin aprel ayının 2-də Anar adlı oğlanla ailə həyatı quran Yaqut ana olmağa hazırlaşır. Müğənni bu xəbəri səhər saatlarında ilk olaraq bacısı, tanınmış jurnalist Şəlalə Nərimana verib. Həmkarımız da sevincini Facebook sosial şəbəkəsi vasitəsilə dostları ilə paylaşıb. "Çox sevincliyəm. Bu xəbər məni göyün yeddinci qatına qaldırdı desəm, yalan olmaz. Bacımın övladını qucağıma götürüb oynatmağı, əzizləməyi o qədər arzulayırdım ki. Allah bu arzumu çin elədi. Hər kəsin arzuları çin olsun. Allah bütün evlərə uşaq qığıltısı bəxş etsin, Amin", - deyə Mediainfo.az-a açıqlama verən Şəlaləni, eləcə də bacısı Yaqutu kollektivimiz adından təbrik edirik! Allah atalı-analı böyütsün, İnşallah!
Hazırladı: Könül Aypara
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































