Bir az öncə "Adam içində" verilişində böyük qalmaqal yaşandı. Belə ki, əməkdar artist Cavanşir Məmmədov həmkarı Nadir Qafarzadənin ünvanına olmazın sözlərini söylədi. Daha doğrusu, Nadirin cavabını verməyə çalışdı:
- Bu Nadiri 2002-ci ildə ilk dəfə oğlumun toyunda görmüşdüm. Ruhəngiz Allahverdiyeva onu qoltuğuna vurub gətirmişdi. Soruşdum ki, bu kimdir? Axı mən kənar şəxsləri dəvət etməmişəm. Ruhəngiz xanım dedi ki, yazıqdır, yetimdir, qoy belə səviyyəli adamların içinə çıxsın. Dedim, bunun yerinə bir hörmətli adam gətirərdin gərək. Nə oxudu, nə oxumadı heç bilmədim. İki ildən sonra onu bibim qızı Flora Kərimovanın qoltuğunda gördüm. Biz doğma bibiqızı-dayıoğluyuq. Onu da əlavə edim ki, Flora ilə aramız sərindir. İlk duetim İlhamə Quliyeva ilə olub. Xalq bilsin ki, mən qadın qoltuğunda gəzən kişi deyiləm. Qadınlarla dostluq etmirəm, qorxuram onlardan. Qadın xarakterli kişilərlə də dostluq edə bilmirəm. Çünki onlar da qadın kimi olurlar, gah kişi, gah da qadın. İndi sual çıxır ortaya: Nadir, mən sənətdə, yaşda, hörmətdə, izzətdə, rütbədə, səviyyədə səndən üstünəm, bir həftədir sənin telefonuna zəng vururam, niyə götürmürsən? Sənin də, prodüserinin də telefonları susub. Bu bir həftədə sən qazandın. İndi min maşına gəl bura. "Şoumən" verilişinin adından göründüyü kimi, bu verilişdə hamı özünün şousundan danışmalıdır. Mənim də guya xalqdan saç əkdirməyim haqqında müsahibə almışdılar. Bəli, saçımı əkdirmişəm, bunu gizlətmirəm, saç əkdirmək sırf kişiyə məxsusdur, qadınlar parik qoyurlar. Buna da ürək lazımdır. İnsanın başında 4 min deşik açırlar. Adam var ki, Qafarzadə kimi, şüvən qoparır qoluna bir iynə dəyən kimi. Belələrinə şüvən deyirlər. Verilişdə dedim ki, müğənnilər var ki, qulağına sırğa taxırlar, qaşını alır, silikon qoydurur. Mən ki bunların heç birini eləməmişəm, sadəcə saç əkdirmişəm. Vəssalam. Bu qədər. Bu verilişə baxmaya-baxmaya Nadir efirə çıxıb haqqımda təhqirlər söylədi. Nadir, niyə telefonunu götürmürdün mən zəng vuranda? Niyə mənə mesaj yazdın ki, gəl bu məsələni dərinləşdirmə, istəsən məhkəməyə müraciət elə. Sənin üçün ucuzdur belə sözlər. Sən gəl mənim kimi işlər gör, övlad böyüt, xeyir işlərini elə, nəvə gör, sonra məni təhqir elə. Bizim aramızda həmişə hörmət olub, həmişə böyüklərin, kiçiklərin hörmətini saxlamışam. Sən o verilişə baxmaya-baxmaya ixtiyarın yox idi elə danışmağa. Rövşanə xanım verilişinə Nadiri çağıranda gərək məni də çağırardı. Bu adam mənim çıxış etdiyim verilişə baxmayıb, amma Rövşanənin verilişinə çıxıb ağzına gələni danışır. Verilişdə Rövşanə xanım mənim də ünvanıma deyib ki, Cavanşir müəllim də saç əkdirib, nə bilim, elə-belə. .. Mən bir dəfə olmuşdum Rövşanə xanımın verilişində, onda niyə məndən soruşmamışdı əgər belə maraqlı idisə? İki il bundan əvvəl Rövşanə xanım məndən xahiş etdi ki, bir qrup yaratmışam - "Liman", olarmı o qrupu da özünüzlə toylara aparasınız? Əvvəlcə dedim ki, nə bilim Vallah, mənim özümün on altı nəfərlik ansamblım var, bir az çətin işdir. Ancaq sonra Füruzə xanım dedi ki, qadındır, xahi. edib, yerə salma. Mən də razılaşdım. Uzun müddət o qurupu toylara apardım. Bir dəfə yenə də Rövşanə xanım zəng vurdu ki, Cavanşir müəllim toylar yoxdu kir? Dedim, var, dedi, bəs qrupumu niyə aparmırsnıız? Dedim, Rövşanə xanım, gərək özünüz şadlıq evləri ilə danışasınız. Bax, bu məsələyə görə o, məndən incidi. Qayıdaq bu söhbətə. Bu adam - Nadirin xalq içərisində o təhqiramiz sözü dilinə gətirməyə haqqı var, yoxsa yoxdur? Bu adam deyir ki, mən dağlıyam. Dağlılar qəhrəman olublar. Sənin kimi oğlanlar çıxmayıblar onlardan. Sən deyildin deyən ki, mən Xocalı soyqırımını tanımıram? Bunu dağlılar da eşidiblər, bütün xalq da eşidib. Nadir mənim şəxsi fəaliyyətimə zərər gətirib. Nadir, səni xalq içərisində incitsələr, mənim təqsirim yoxdur. Mən heç vaxt şəxsiyyətimi itirməmişəm, illərdir xalqıma xidmət eləmişəm, qoruyub saxlamışam hörmətimi. O Nadir bütün böyüklərin üzünə qayıdıb. Kimdir onu dəstəkləyən? O vətəndaşlıqdan məhrum edilməlidir! O adi səhv deyildi ki, buraxmışdı. Xalqını "yaltaq" adlandıran adam vətəndaşlıqdan məhrum edilməlidir! Deyir, "türkdən iyrənirəm". Bəs niyə Türkiyədə ev almısan? Oranı kirayə vermisən, burda 10 -5 minə toy oxuyursan. Qarabağlıların üzünə necə baxacaqsan? Bu kanal Milli Qəhrəmanın adını daşıyır, sən bu kanalda çıxıb xocalıları təhqir edirsən, elə isə nə gəzirsən burda Nadir? Hanı o? Niyə gəlib çıxmadı?
Əməkdar artist veriliş boyu Nadir Qafarzadəni efirə gəlməsini israr etsə də, əks tərəfin səsi telefondan gəldi:
- Cavanşir müəllim adımı çəkməyibsə, ondan üzr istəyirəm. Amma bir başqa kanalda təkrarlayıb, özüm eşitmişəm. Yenə də bağışlayıram onu. Gərək yaşlılar özlərini elə aparsınlar ki, biz də onların hörmətini saxlayaq. Kim neynirsə, özü bilər. Burnunu kəsdirir, neyniyir, normal haldır. Kompleksi var, kəsdirir. Efirdə yaraşıqlı görünmək üçün. Amma əndazədən çıxmamaq şərti ilə. O verilişdə də ümumi fikir bildirib. Mən qaş almamışam! Bizim nəsildə belə şey yoxdur kim alırsa, öz fikridir. Cavanşir müəllim də mənim yerimdə olsaydı, elə deyərdi. Ona məsləhətim də budur ki, heç kim haqqında fikir bildirməsin, nəyinə lazımdır? O məni anladı, mən də onu anladım.
"Adam içində"nin aparıcısı Elgiz Əkbər hər iki müğənnini barışdırmağa cəhd göstərdi. Amma nədənsə öfkəli əməkdar artisti heç cür yola gətirə bilmədi. Deyəsən, Cavanşir Məmmədov əks tərəfi – Nadir Qafarzadəni məhkəməyə verməyə hazırlaşır. Özü də şərəf və ləyaqətini efir vasitəsilə alçaltdığına görə ondan yüksək məbləğdə təzminat tələb edəcək.
Hazırladı: Könül Aypara
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































