Bakıda yol polisinin cərimə yazdığı sürücü özünü doğrayıb. Məlumata görə, hadisə bu gün 28 May küçəsində baş verib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları bu gün paytaxtda reyd keçirərək qadağan olunmuş yerlərdə avtomobil saxlayan sürücüləri cərimələyiblər. Bu zaman 28 May küçəsində dayanma-durmanı qadağan edən nişanın altında dayanmış "Mercedes" markalı minik avtomobilinə də yol polisləri tərəfindən bort-komputer vasitəsilə cərimə yazılıb və avtomaşının şüşəsiləninin altına qoyulub. Bunu görən sürücü avtomobilə yaxınlaşıb və yol polisləri ilə mübahisə edib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, həmin vaxt avtomobilin qapısı açıq imiş. Sürücü isə yol polislərindən xəlvət maşına yaxınlaşıb minib qaçmağa cəhd edib:
"Mən onun maşınının qarşısına keçib dedim ki, cərimə protokolunu götürsün. Sürücü maşına oturub lezviya götürdü və yerə düşüb özünə xəsarət yetirməyə başladı. Qarnını açıb kəsməyə başladı. Bizim əməkdaşlar ona mane olub lezvanı əlindən almağa çalışdıqda həmin şəxs səs-küy salmağa başladı. Sonra anasını çağırdı, qadın da gəlib bizi təhqir etdi".
Hadisə yerinə gələn digər polis əməkdaşları yaralını xəstəxanaya, ordan isə polis bölməsinə aparıblar. Hazırda araşdırma aparılır.
/lent.az/
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































