Elnarə: "Məsmə Aslan yuvamı dağıdır!"

Elnarə: "Məsmə Aslan yuvamı dağıdır!"
Hər üç şəxs bu qalmaqallı məsələ ilə bağlı fikirlərini açıqladılar!

Milli Akademik Teatrının aktrisası, əməkdar artist fəxri fərmanı ilə mükafatlandırılmış Məsmə Aslandan Mediainfo.az saytının redaksiyasına şikayət daxil olub. Şikayətçi Elnarə xanımın dediklərini olduğu kimi təqdim edirik:

"MƏSMƏ ASLAN AİLƏMİ DAĞIDIB!"

- Məsmə Aslan ailəmi dağıdıb! Həyat yoldaşımı pulla satın almaqla bizi boşatdırmaq istəyir. Bir yaşında körpə qızım var. Uşağı atasına verməli oldum.

- Axı adətən ana uşağını özündə saxlamağa can atır...

- Yaşamağa yerim yox idi. Özüm xalamgildə qalıram. Dəfələrlə yoldaşıma demişəm ki, heç olmasa bizim üçün kirayə mənzil tut, qızımla yaşayaq. Deyib ki, elə şey heç vaxt olmayacaq! Mən nələr çəkirəm, onu bir Allah bilir. Dəfələrlə özümü öldürmək istəmişəm. Məsmə ərimlə bir evdə qalır, uşağıma pal-paltar alır, onu bərabər həkimə aparırlar. Nəyə görə? Sizin vasitənizlə ona sual verirəm: "Özün şəhid qızısan. Bəs ananı baladan niyə ayırırsan?"

- Bəlkə özü ilə danışasınız? Bəlkə sivil yolla bu məsələni yoluna qoymaq olar?

- Özünə dəfələrlə zəng vurmuşam, "Məsmə, ərimdən əl çək! Ailəmi dağıtma", - demişəm. Deyir ki, biz dostuq. Necə dostsunuz ki, maşınını veribsən ona, cibinə pul qoyursan? Evindən soyutdun. İndi fironluq edib ərimlə ailə qurmaq istəyirsən? 35 yaşı var, alanı yoxdur, indi gəlib özünü mənim bu "lox" ərimə sırımaq istəyir.

- İndən belə nə etməyi düşünürsünüz?

- Əslində, indən belə istəmirəm elə ərlə barışım. Haqqımı tələb edirəm. Mən əl çəkməyəcəyəm! Elə ərdənsə olmaması yaxşıdır. Övladımı geri tələb edirəm. Doğrudur, özüm verdim ərimə. Çünki həm yaşamağa şəraitim yox idi, həm də istədim ki, qoy atası əziyyət çəksin, görüm körpəni anasız saxlaya biləcəkmi? Amma heç bir bala anasız yaşaya bilməz. Mən dəfələrlə Məsməni təhqir etmişəm. Deyib ki, get nə istəyirsən elə, mən Allahdan başqa kimsədən qorxmuram. Uşağım xəstələnəndə birlikdə həkimə aparıblar. Həkim soruşub ki, bu uşağın anası sənsən? Deyib ki, yox, mən ailə dostuyam. Necə ailə dostusan ki, ərimlə münasibətdəsən? Demək istəyirsən ki, qız uşağısan? Ay Məsmə, adam tapmadın? Məni isti yuvamdan etdin! Artıq səbrim dözmədi deyə, sizə müraciət etdim. Ərim dəfələrlə deyirdi ki, ondan istifadə edirəm ki, pulumuz olsun. Tüpürüm o pula! Məni dəli kimi qələmə verirlər. Uşağımı əlimdən alması az deyil, hələ onu Milli Dram Teatrına da aparır. Heç utanırsan? Ölüb yerə girirsən? Bu da şəhid qızının əməlləri... Mən evdən bayıra çıxmıram, namusumla, qeyrətimlə oturmuşam xalamın evində ki, səhər adıma ləkə gəlməsin. Zəng vurub adam kimi başa salmağa çalışırdım, amma xeyri olmurdu. Məni polislə hədələyirdi. İşə bir baxın, ərimlə gəzən məni polisə vermək istəyir. Mənə "tərbiyəsiz qadın" deyir.

"ANASI DEMİR Kİ, BU OĞLAN KİMDİR BİZƏ GƏLİB-GEDİR?"

- Bəlkə ağsaqqallar bu məsələnin həlli yolunu tapdılar?

- Məsmənin anası şərait yaradıb ki, mənim balamı evinə aparıb da. Ana sual vermir ki, ay qız, bu kimin qızıdır? Neyləsin? Qızı qarıyıb evdə qalıb. Başqasının ərini əldə edir. Həyat yoldaşım dəfələrlə onlara gedib, ana demir ki, ay oğlan, sən nə gəzirsən bu evdə? Evimə gəlib yatağımda min oyundan çıxanda bilmirdi belə olacaq? Pulla ərimi yanında saxlayır, bilmirdi axırı belə biabırçılıq olacaq? Ayıbdır! Barı demə qız uşağıyam. Qız uşağı belə qələt edə bilər? Deyir, mən onu söymüşəm. Bəs neyləməliyəm? Deməliyəm ki, yaxşı edibsən ərimlə gəzirsən? Ay q...ə, səni belə qoymaram!

"O, ÖYRƏŞİB EVLİ KİŞİLƏRLƏ GÖRÜŞMƏYƏ"

- Siz həyat yoldaşınızdan rəsmi qaydada ayrılmısınız?

- Hələ yox. Amma ərim deyir ki, guya boşanmışıq. Boşanmışıqsa, çıxsın ortaya boşanma haqda kağızı göstərsin də. Yalandan deyir ki, vermişəm məhkəməyə. Kimdir vəkili? Aydınlıq gətirsin də bu məsələyə. Məsmə tərbiyəli qız olsaydı, ərimi qırağa çəkib deyərdi ki, boşanandan sonra görüşərik. O, öyrəşib belə evli kişilərlə görüşməyə. Ərim dəfələrlə deyirdi ki, Məsmə mənə pis baxsa, başqasını tapacağam. Amma yaman yerdə axşamlayıb. Məsmə ona maşın bağışlayıb ki, onu atmasın. Mənim ərimin başı çatmır. Onun belə iyrənc hərəkətini görəndə dedim, istəmirəm uşaq olsun. Məcbur doğuzdurdu ki, qohumlarım ev alsın bizə. Davalarımız çox olurdu, o, evdən pul oğurlayıb qızlara xərcləyirdi. Anası xərçəng xəstəsi idi, onun pulunu oğurlayan övladdan nə gözləmək olar? Ərimin başını doldurur Məsmə ki, guya xalamgilin evi mənə məxsusdur. Əgər elə olsaydı, hüququm çatardı elə gedib övladımla yaşayardım da. Mən həm də qəsdən uşağı Hüseynin üstünə atdım ki, qoy əziyyət çəksin, əgər belə etməsəydim, gedib rahat gəzəcəkdi. Qoy Məsmə mənə təşəkkür etsin ki, onu gündəmə gətirdim. P..-dur, əməkdar artist deyil. Heç kim tanımır da onu. Çox sübutlarım var. Sizə onu da deyim ki, Hüseyn, yəni mənim ərim hətta qardaşı arvadına da göz qoyub. Mesajları var məndə, çox şeylər var əlimdə. Hamısını göndərəcəyəm sizə. İnsan da qardaşı arvadına göz qoyar? Məsmənin qara rəngdə "Pajero"su var, sual verirəm, kim alıb o maşını sənə?

- Yoldaşınız kimdir? Tanınmış adamdır?

- Hüseyn Daşdəmirov. Əslən gürcüstanlıdır. Mənsə naxçıvanlı. İki il bundan əvvəl sevib ailə qurmuşuq. Bir qızımız var. Namusla, qeyrətlə, beli qırmızı lentlə getmişəm ərə. Bunlardan belə əl çəkməyəcəyəm! Çox xahiş edirəm, necə deyirəmsə, elə də yazın. Tüpürüm Hüseynin üzünə, bir yaş yarımlıq qızını, məni 90 RZ 345 nömrəli "Pajero"ya satdı.

AĞAVERDİYEVA MƏSMƏXANIM ASLAN QIZI KİMDİR?

1996-cı ildən Azərbaycan Akademik Milli Dram Teatrının aktrisası, Azərbaycanın əməkdar artisti, prezident mükafatçısıdır. Məsmə Aslanqızı 1978-ci ildə Bakıda dünyaya gəlib. 1994-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsinə daxil olub. Kurs rəhbəri, rejissor Azər Paşa Nemət Akademik Milli Dram Teatrında Elçinin "Ah, Paris! Paris!.." satirik komediyasını tamaşaya hazırlayarkən onu Nurbəniz roluna dəvət edib. 1996-cı ildən Akademik Milli Dram Teatrının truppasında aktrisa vəzifəsində çalışır. Əsasən komik obrazları yaratsa da, psixoloji rollarda da çıxışlar edib (Uilyam Şekspirin "Hamlet" faciəsində Ofeliya və s.). Şahzadə (nağıl-tamaşa "Şıltaq şahzadənin nağılı"), Vera Tretyakova (V.Rozov "Şadlıq sorağında"), Katibə, Falçı Ağabacı (Elçin "Mənim sevimli dəlim", "Mənim ərim dəlidir"), Şəhəriyyə (N.Xəzri "Burlaxatun"), Böcək (Ə.Əmirli "Köhnə ev"), Pioner qız (X.Qoca "Hərənin öz payı"), Nazlı (C.Məmmədquluzadə "Ölülər"), Telli (A.Şaiq "Eloğlu") kimi obrazları yaradıb. Bir sıra telekanallarda əyləncəli və musiqili-şou verilişlərin aparıcısı olub. 26 aprel 2012-ci ildə Teatr nominasiyasında "Boy çiçəyi" tamaşasında uğurlu roluna görə "Humay" mükafatına layiq görülüb. 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülüb. Atası Aslan Ağaverdiyev 20 Yanvar hadisələrində dünyasını dəyişib. Anası Zərifə Ağaverdiyeva Yasamal rayonunda yerləşən və elə Aslan Ağaverdiyevin adını daşıyan 31 saylı orta məktəbdə rus dili müəlliməsidir.

MƏSƏLƏ İLƏ BAĞLI ƏMƏKDAR ARTİST MƏSMƏ ASLANQIZININ DA FİKİRLƏRİNİ ÖYRƏNDİK:

- Birincisi, mənim maşınım çoxdan satılıb. Mən heç kimlə, ailəli kişi ilə əlaqə saxlamıram. Nə olsun ki, o xanımın ərini tanıyıram? Bu, o demək deyil ki, biz ailə quracağıq. Hüseyn boşanmaq üçün məhkəməyə ərizə verib. Sadəcə uşağın bir yaşı tamam olmamış boşanmaq olmaz. Sənədlərsə artıq təqdim olunub. Boşanacaq-boşanmayacaq, şəxsi işləridir. Bəli, o qız uşağını həkimə aparmışam. Uşaq üç aylığında ikən atıb anası. Hüseynin qızına baxan rus qonşusundan da soruşa bilərsiniz. Ana adını daşıyan qadın öz övladını ata bilməz. Deyir, imkanım yoxdur, yalan deyir! O qadın maddiyyata görə qovub ərini evdən. Onun adına ev var. İşıqpulu, qazpulu çekləri var Hüseyndə. Sadəcə evini kirayəyə verib. Deyir, xalamgildə qalıram. Yalan deyir! Bacısının evində qalır. Məndə onun SMS-ləri var. Mən şou adamı deyiləm, incəsənət adamıyam. Onun heç bir haqqı yoxdur ki, məni təhqir eləsin. Demişəm özünə də ki, bir də məni narahat etsən, səni ya polisə, ya da məhkəməyə verəcəyəm! Odur, budur susub. Onun mənə sözü var idisə, zəng edib özümə deyərdi. Yoxsa belə reklam etməzdi. 19 ildir teatrda işləyirəm, o Elnarənin artistliyi mənə çox gülməli gəlir.

- Elnarə xanım iddia edir ki, siz onun evində də olmusunuz…

- Birincisi, mən onun evində olmamışam. İkincisi, onun uşağını həkimə aparmaq lazım idi. Ana olan bəndə bilmir ki, indiyə qədər onun uşağına hansı dərmanlar verilir. Hər şey almışam uşağa. Sizə deyib ki, mən "lox" tapmışam? Əgər mənim çoxlu pulum olarsa hansısa kişiyə xərcləmərəm. Ən böyük arzum budur ki, pulum olsa, uşaq bağçası açıb, orda işimlə məşğul olmaqdır. Bu gün onun ərinə zəng edib görüşürəmsə, uşağına görə edirəm, özünə də demişəm. O qadın heç vaxt mənə zəng edib deməyib ki, niyə ərimlə görüşürsən. Mənə deyirdi ki, Hüseyn mənə ev almaq istəmir. "Mən ona ərə gedəndə qız uşağı idim", - deyir. Başa düşmürəm, camaat necə ərə gedir bəs? Qız getmir? O qadının – Elnarənin evi var. Ola bilsin ki, öz adından çıxarıb, başqasının adına keçirib. Mən heç kəsin ayağından yapışıb, öz ayağıma zəncirləməmişəm. Hüseyn həyat yoldaşını dəlicəsinə sevib, yanına qayıtmaq istəyirsə, buyursun qayıtsın. Mən onun əri ilə bir yerdə yaşamıram, ərini də əlindən almamışam, həftədə bir dəfə görürəm, o da dəqiq bilinmir. Nə də Hüseynin əlindən tutub yapışmamışam. Buyursun ərini aparsın. Amma Hüseyn boşanandan sonra mən qərar verə bilərəm ki, onunla ailə quracağam, ya yox. 35 yaşım var. Kiminlə istəsəm, görüşə bilərəm, heç kimdən icazə almaq məcburiyyətində deyiləm. Mənim anam üç uşağı atasız böyüdüb, bu bir qızına baxmayıb atıb Hüseynin üstünə. Mənim evim yoxdur, anamın yanında qalıram. Amma Allah eləməmiş mənim başıma belə bir iş gəlsəydi, heç vaxt övladımı atmazdım. Harda oluramsa-olum, uşaq mənimlə olardı. Getsin işləsin, övladını saxlasın da. Mən 16 yaşımdan işləyirəm. Onun atası ilə danışacağam. Tanınmış, seçilən adamdır. Yaxşı da imkanı, şəraiti var. O, həyat yoldaşına deyir ki, ev al, uşağı verim sənə. Qarşı tərəfin nə sözü var desin, atılan böhtanlara görə cavab verəcək!

"BÜTÜN AKTRİSALAR BİLİR Kİ, O QIZ MƏNİM UŞAĞIMDIR"

- Məsmə xanım, Elnarənin uşağına harda baxmısınız?

- Mən onun evinə getməmişəm, uşağını gətizdirmişəm, evimdə baxmışam. Şəkilləri də var məndə. Kömək etmişəm, çünki Hüseyn pis vəziyyətdə idi. Uşaq qalmırdı qucağında. Televiziyaya, dramaya aparmışam. Bütün aktrisalar bilir ki, o qız mənim uşağımdır. Qarşıma on uşaq çıxsa da, hamısına yorulmadan baxaram.

- Hüseynlə necə tanış olmusunuz?

- Sırf dost kimi tanış olmuşuq. Ona qarşı istəyim olub. Balasına görə qayğım artıb. Əgər Hüseynin mənə ehtiyacı olsa, onun övladına analıq edəcəyəm!

MƏSƏLƏ İLƏ BAĞLI HÜSEYN DAŞDƏMİROV DA DANIŞDI:

"İNDİ BOŞANMIŞ KİŞİYƏM"

- Hüseyn müəllim, həyat yoldaşınız iddia edir ki, əməkdar artist Məsmə Aslanqızı onun ailəsini dağıdıb, uşağını da əlindən alıb. Bu, doğrudur?

- Telefonla araşdırınca, gəlib gözünüzlə görün ki, mən necə yaşayıram. Keçmiş həyat yoldaşımdan keçən il ayrılmışam. Rəsmən ayrılmasam da, uşağın bir yaşı tamam olmayınca məhkəmə sənədi qəbul etmir. Sentyabrın 11-i uşağın bir yaşı oldu. Mən işləyirəm, iş adamıyam, iş aparıram. Məsmə mənə zəng edib deyir ki, Elnarə deyib ki, səni mən saxlayıram. Düzgün araşdırın. Həyat yoldaşımdan ayrılmışam, çünki psixoloji problemi vardı. Vəkilimə etibarnamə vermişəm. İndi boşanmış kişiyəm. Elnarə 18 yaşında ikən anasını itirib, Allah rəhmət eləsin. Xalasıgildə yaşayıb, onun evindən gəlin köçüb. Xalası evin bir qismini onun adına keçirib. Elnarə həmin evi verib kirayə, gəlib xalasının evində yaşayır, hansı ki elə oradada böyüyüb. Qızımı özü verdi mənə. Məcbur almadım. Qanunla anada qalmalıdır. İki aylığından mən saxlamışam, pampersini dəyişmişəm, soska qoymuşam ağzına. Hətta elə olub ki, özümlə işə də aparmışam. Axırda rus qonşum var, dedi ki, mən kömək edərəm sənə. Məsmə ilə çoxdan dostluq etmişəm. Mənim evimə gəlib-gedəndə gizlədirdim ondan ki, ailəli olmuşam, qızım var. Elnarə sizə deyib ki, guya mən pullu qadınlar axtarıram? Alfonsam? 15 yaşımdam işləyirəm. Atam hərbi komissar olub. İmkanlı ailədən olmuşam. Anam da xanım-xatın qadın olub, maraqlana bilərsiniz. Heç vaxt ailəmə belə ağız açmamışam ki, mənə pul verin. Gedib əziyyət çəkib işləmişəm. Biznes qurub pul qazanmışam.

"MƏSMƏ XANIM İNSANLIQ EDİB QIZIMA BAXIB"

- 15 yaşından işləyən adam necə alfons ola bilər? Rus qonşumun işi olanda Məsmə xanım insanlıq edərək qızımı aparıb evinə baxırdı ona. Çünki çatdıra bilmirdim, iş görüşmələrim olurdu deyə, məcbur idim. Uşağa kimsə baxmalıdır, ya yox? Məsmə ilə görüşəndə o, məni subay kimi tanıyıb. Çünki ayrılmışdım, özümü azad kişi bilirdim. İlk dəfə Məsməyə dedim ki, sənə bir sürprizim var, istəyirsən qəbul et, istəyirsən etmə. "Mən ayrılmışam, bir qızım var, uşaq məndə qalacaq. Anası qoyub gedib", - dedim. Bunu bir müddət pis qəbul etsə də, sonradan razılaşdı. Qaldı maşın məsələsinə, mən maşınımı satandan sonra bir müddətlik Məsmə xanımın maşınını sürməli oldum. Çox çətinlik çəkirdim. Elnarə bilir ki, zəif nöqtəm uşaqdır. Qızım özünü sevdirib mənə, o, mənim həyatımdır. Heç nə bilmirəm səhər nə olacaq. Məsmə xanımdan mənə yaxın insan yoxdur. İşim də var, hər şey yaxşıdır. Məsmə xanım kimi mənə can yandıranım yoxdur. Hansı ana uşağını qoyub gedər? O xanımda psixoloji problem var. O Elnarə kasıb deyil. Onun qır-qızılı da, evi də, pulu da var. Sadəcə bəhanə gətirir. Bizimki alınmadı. Onun davalarından bezdim. Heç vaxt ağlıma gəlməzdi ki, uşağı saxlaya biləcəyəm. Uşağımın heç bir problemi yoxdur, əgər onun yanında qalsaydı, sarsıntı keçirə bilərdi. İndi subayam, çox xanımla gəzə bilərəm. Amma artıq heç kimə marağım yoxdur. Məsmədən başqa. Çünki əsəbilərimi korlamır. Mənə xoşdur onunla.

HAZIRLADI: Şəlalə Nəriman və Könül Aypara

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az