Müğənniliyə hobbi kimi baxan Aytən bütün vaxtını əsasən öz sənətinə - rəqqasəliyə həsr edir. Bu yaxınlarda o, Türkiyənin tanınmış rəqqasəsi Asena ilə yeni bir layihəyə imza atıb. Yaxşısı budur, ətraflı Aytənin özü danışsın:
- Klipdə birlikdə oynamaq ilk mənim ideyam oldu. Asenanı dəvət etdim, o da razılaşdı. Klipi Can Şimşək bəstələsə də, musiqi ritmi mənə aiddir. Elə türklər də ekranlaşdırıblar. Bu addımı Azərbaycanda ilk dəfə mən atdım. İki qardaş ölkənin ünlü rəqqasələri bir arada!
- Artıq hazırdır klip?
- Yox, canım, on günə kimi təhvil veriləcək, İnşallah.
- Deyilənə görə, rəqqasə Fatimə də Didəmlə nəsə etmək istəyir. Onların bərabər şəkilləri sosial çəbəkələrdə paylaşılıb.
- Mən paxıl deyiləm. Amma ilkə mən imza atdım. Həmişə rəqqasəlikdə mən ilkə addım atıram, sonra arxamca gəlirlər. Çox sevinirəm. Asena ilə qarşıda çox işlərimiz olacaq. Ayın 18-də Asenanın dəvət aldığı səhnəyə mən də dəvət almışam. İnşallah, Türkiyəyə yola düşürəm.
- Deyəsən, türk şou-biznesinə qatılmaq fikrin var. Səncə, müğənnilərimizin bacara bilmədiklərini sən bacara biləcəksənmi?
- Bəri başdan heç kim heç nə deyə bilməz. Ancaq özümə arxayınam. Bu yeniliyi nəinki Azərbaycanda, heç dünyada heç kim etməyib; iki rəqqasə bir arada! Onu da deyim ki, mahnılarım mənə aiddir, mənim rəqslərimin üstünə hazırlanır. Bunu da Azərbaycanda ilk edən rəqqasə mənəm. Rəqqasələr var ki, başqa ölkələrin rəqslərini oynayırlar, amma mən yalnız məxsusi olaraq mənim üçün yazılmış mahnıları oynayıram. Boş-boş danışmaqla deyil e, iş görmək lazımdır! Bu layihəni Türkiyənin bütün maqazin verilişləri işıqlandıracaq. Həftə sonu baxa bilərsiniz. Klipimiz "Kral TV"də yayımlanacaq. İnşallah. Bunu da bizim bir çox rəqqasələrimiz edərlər. Sevinərəm mən də. Allah hər kəsə könlünə görə versin, Amin!
Rəqqasəmizə uğurlar!
Hazırladı: Könül Aypara
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































