Müğənni Mətanət Əsədova intihar etmiş bacısının 40-ı çıxmamış şadyanalıq edib. Müğənni bacısının ölümündən bir neçə gün keçməmiş həmkarı Elçin Hüseynovun qardaşı qızının toy mərasimində iştirak etməsi bir yana, hələ bir əlinə mikrafon alıb mahnı da oxuyub.
Halbuki, o, Mediainfo.az saytına eksklüziv müsahibə vermişdi ki, sənətdən uzaqlaşacaq. Amma buna baxmayaraq, dəfələrlə bu vədinə xilaf çıxıb. Belə ki, ötən həftə telekanalların birində qonaq olarkən də musiqi parçası ifa etmişdi.
Xatırladaq ki, Mətanət Əsədovanın bacısı 35 yaşlı Nurlanə Əsədova oktyabrın 9-dan 10-na keçən gecə Abşeron rayonunda cinayət törədərkən saxlanılmışdı. O, istintaq təcridxanasında özünü asmışdı.
Onu da əlavə edək ki, Nurlanə Əsədova 43 yaşlı həyat yoldaşı ilə birgə saxlanılmışdı. Onlar sentyabrın 29-da Xırdalan şəhərində aptek işçilərinə qarşı quldurluqda ittiham olunurdular. Ər və arvad bıçaqla hədələyərək, Aynur Abdullayeva və Sevinc Zeynalovaya hücum çəkmişdilər. Əvvəlcə cinayətkarlar aptek işçilərindən tərkibində narkotik olan dərman preparatları istəsələr də, qızlar belə dərmanların olmadığını bildiriblər və bu zaman onlardan pul tələb olunub. Beləliklə, cinayətkarlar 950 manat pul oğurlayıblar. İlkin araşdırma zamanı məlum olub ki, ər və arvad cinayəti törədən zaman "lomka" vəziyyətində olublar. Güman olunur ki, Əsədova özünü elə buna görə öldürüb. Nurlanə Əsədovanın 11 yaşlı oğlu qalıb./ans/
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































