"Azəri-star 2007" və bu yaxınlarda "Space" telekanalında keçirilən "Sehli pərdə" müsabiqələrinin iştirakçısı Ülkər Şahbazova və şou-yazarı Elşad Ümid duet oxuyublar.
Bu barədə Mediainfo.az saytına Ülkər xanım məlumat verərək deyib: "Elşadla səsyazma studiyalarının birində tanış olmuşuq. Peşəkar musiqiçi olmasa da, musiqi duyumu, səs tembri çox xoşuma gəldi. Müəllifi olduğu mahnıların sözləri də maraqlı və musiqiyə yatımlıdır. Qərara gəldik ki, onun "Küsərsən əgər" adlı mahnısını duet oxuyaq. Məncə, yaxşı alınıb. Mahnının youtub-a yerləşdirdiyimiz slayd-klipinə 2 həftəyə 800-dən çox insan baxıb, halbuki bu barədə hələ heç bir tanışımız bilmir, hər kəsə sürpriz etmək istəyirdik. Ola bilər ki, mahnıya klip də çəkdirdik".
Ü.Şahbazova bu məsələdən "Sehrli pərdə" müsabiqəsindəki müəllimi, sonradan onunla birgə işləməyə qərar verən Faiq Ağayevin xəbərdar olmadığını da etiraf etdi: "Məncə, Faiq bəy bu işə etiraz etməz. Onun çox gözəl ürəyi var. Yeri gəlmişkən, Elşad Ümidlə Faiq bəyin repertuarında olan "Kim arar" türk mahnısını da fərqli aranjemanda ifa etmişik. Necə alındığını dinləyicilər desinlər. Amma əməkdaşlığımızı davam etdirəcəyik".
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































