Kim Kardaşyan Bakıya gələ bilər
7 Sentyabr 11:52
Xalq artisti Aygün Kazımova Sevda Yahyayeva ilə duet oxuyacaq. Bu haqda Tolik kimi tanınan prodüser Tarix Əliyev, şəxsi İnstagram səhifəsində izləyicilərinə məlumat verib:"Aygün Kazımova Sevda Yahyayeva ilə duet oxuyacaq. Bu, bir ilkdir. Aygün Kazımova bu vaxta qədər heç bir qadın müğənni ilə duet oxumayıb. Əgər siz bir nəfərlə olan dueti demək istəsəniz, nəzərinizə çatdırım ki, o oxunmuş mahnı idi, sözləri dəyişilmişdi. Bu, həm də Emin Musəvinin verilişinin reytinqi xətrinə yazılan bir duet idi. Amma bu yeni mahnı, yeni sözlər, bir sözlə şamplena olacaq",- yazaraq, yeni xəbəri paylaşıb.