Baş rollarını Kıvanç Tatlıtuğ və Farah Zeynepin bölüşəcəyi "Kurt Seyd and Shura" serialının çəkilişləri başladı. Nermin Bezmenin eyni adlı romanından bəhrələnərək çəkilən serialın ilk bölümləri Rusiyanın Sankt-Peterburq şəhərində çəkiləcək. Noyabr ayının sonunda komanda heyəti bu ölkəyə üz tutacaq və tam üç ay boyunca orada qalıb işləyəcəklər.
Rus çarının mühafizə heyətində yer alan Kurt ilə ziyalı və zəngin bir ailənin qızı Shuranın Rusiyadan İstanbula qədər uzanan həyat hekayəsindən bəhs edən serialın çəkilişləri habelə, Bolqarıstan, Ukrayna və İstanbulda da aparılacaq. Ssenari müəllifləri isə Ece Yörenç və Melek Kurtoğlu olacaq. "Kurt Seyt and Shura" yanvar ayında "Star" tv-də izləyicilərinin görüşünə gələcək.
Yeni rolu üçün imicini dəyişməyi qərara alan Kıvanç yeni serialının hər bölümü üçün 60 min lirə (təxminən 30 min manat), Zeynep isə 40 min lirə (təxminən 20 min manat) qonorar alacaq.
Günel Həbib
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb


















































