Xalq artisti Aygün Kazımova Bakıda verəcəyi konsertdə tamamilə dəyişəcəyini söyləyib.
Müğənni lady.day.az saytına açıqlamasında hətta adını və soyadını dəyişmək istədiyini də söyləyib: "İstəyirəm ki, məni ümumiyyətlə tanımasınlar və yalnız səhnəyə çıxıb ifa edəndə Aygün olduğumu bilsinlər. Heç vaxt əməliyyatlara "Stop" deməyəcəyəm. Bu yalnız mən öldüyüm halda baş verə bilər".
Əməliyyat stolunda ölməkdən qorxmadığını söyləyən ifaçı arzuları uğrunda sonacan gedəcəyini deyib: "Mən nəticənin necə olacağını bilirəm. Risk etmək çox əhəmiyyətlidir. Hədəfim hər şeydən üstündür".
Yeniliklərindən də söz açan Aygün Kazımova olduqca maraqlı sürprizlərlə tamaşaçıların qarşısına çıxacağını deyib. Yeni müqavilə imzaladığını vurğulayan xalq artisti layihələri haqqında danışmaqdan çəkinib. Dedi-qodulardan bezdiyini söyləyən Aygün Kazımova yaradıcılığından çox, şəxsi həyatı və həmkarlarına verdiyi cavablara görə gündəmə gətirilməsindən yorulduğunu qeyd edib: "Nə haqqında danışacağım mövzusunda tərəddüd yaşadım və susmağa qərar verdim. Bundan sonra yalnız ifa edəcəyəm. Mən heç kimin etmədiyimi bacardım. Snup Doqla duet oxudum və dünya standartlarına uyğun 12 kompozisiyadan ibarət albom çıxartdım. Bu mahnılar bütün dünyada səslənir. Dünyanın aparıcı saytları haqqımda informasiya verir. Bütün bunlar məni çox ruhlandırır və bu səbəbdən yenidən dedi-qodulu sferaya atılmaq mənə maraqlı gəlmir".
25 ildir səhnədə olduğunu xatırladan Aygün Kazımova yaradıcılığına xərclədiyi pullara görə peşman deyil: "Əgər qazandıqlarımı sənətimə xərcləmirəmsə, bundan nə həzz alım?! Nə üçün insanlar inanmır ki, mən bu sənətin pərəstişkarıyam. Nə üçün insanlar görmür ki, mən bu səhnəyə görə min ağrı-acıya dözərəm?! Əgər hər dəfə həyatımı risk altına atıb əməliyyat etdirirəmsə, nə üçün pul xərcləməyə risk etməyim?! Əlbəttə demək olmaz ki, mənim milyonlarım var. Sözsüz ki, mənim də pulum qurtarır. Amma boş dayanmıram və xərclədiyim kimi qazanmağa da çalışıram. Beynəlxalq layihəmdən də müəyyən qonorar əldə etmişəm".
Qeyd edək ki, Aygün Kazımova və türkiyəli müğənni Sinan Akçılın konserti noyabrın 8-də "Hollivud" restoranında baş tutacaq.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































