Türk dünyasının sənət imperatoru İbrahim Tatlısəs Azərbaycanın məşhur teleaparıcısı, psixoloq-alim İlham Mirzəyevlə biznes müqaviləsi imzalayıb. İlham Mirzəyev İstanbulda İbrahim Tatlısəslə iş görüşməsində olub. Artıq iş adamı olan İlham Mirzəyev biznesini genişləndirir. Tərəflər uzun müddətli müqavilə imzalayıblar. Müqavilənin bağlanmasına səbəb ortaq restoranlar şəbəkəsinin yaradılmasıdır.
İlham Mirzəyevin verdiyi məlumata görə, onların işbirliyi nəhəng olacaq. Şəbəkə üç ölkədə - Türkiyədə, Azərbaycanda və Rusiyada fəaliyyət göstərəcək. Restoranlar ilkin olaraq İstanbul, Bakı və Moskva şəhərlərində müştərilərin ixtiyarına veriləcək. Biznes işləri ilə əlaqədar İbrahim Tatlısəsin oğulları bu yaxınlarda Azərbaycana işgüzar səfər edəcəklər.
Bu münasibətlə Tatlısəs Ilham Mirzəyevin şərəfinə ziyafət verib. Ziyafətdə Tatlısəsin oğulları İdo və Əhməd, Türkiyənin cox məhşur Ozanı Ustad Esat Kabaklı, məşhur futbolçu Paskal Numa, komediya aktyoru, rejissor-ssenarist Şafak Sezer və başqaları iştirak ediblər.
Qeyd edək ki, psixoloq-alim İlham Mirzəyevin şəxsi tibbi-psixoloji reabilitasiya klinikası var. Məşhur teleaparıcı və elm adamı Azərbaycanda ictimai xadim kimi bir çox işlər görüb.
Kanal D Bakı vaxtı ilə səhər 10.30-dan 13.30-a qədər Kanal D telekanalının maqazinda izləmək olar. Artıq İlham Mirzəyev Türkiyədə məşhur simaya çevrilib. Keçən həftə Star TV-nin efirində görünüb.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































