Xalq artisti kimə "Səndən adam olmayacaq" deyəcək?
Hazırda İstanbulda olan xalq artisti Aygün Kazımova 10 gündən sonra Bakıya qayıdacaq. Bu dəfəki səfəri də yaradıcılığı ilə bağlıdır. Hər zaman yenilikləri ilə öndə olan Kazımova biri türk olmaqla üç mahnının studiya işlərini tamamlamaq üzrədir. Hakan Erol və Leylinin birgə hazırladıqları "Səndən adam olmayacaq", həmçinin Ramal İsrafilovun "Biletini alma" mahnıları Azərbaycan dilində ifa olunacaq. O ki qaldı türk dilində təqdim ediləcək mahnıya, hələlik bu sinqlın adı bəlli deyil.
Deyilənə görə, Aygün Kazımovanın çox güman ki, ünvanlı səsləndirəcəyi "Səndən adam olmayacaq" mahnısı bu ilin hitinə çevrilıcək. Necə olmasa, o qədər adam olası ehtimal olunan "adamlar" var ki!